Page 173 - Islamic Studies 05
P. 173

Quran elmləri barədə araşdırma (172

               böyük  fəlakətə  düçar  edər» deməklə,  Peyğəmbər  (s)  Quranın
               zalım və bidətçilər tərəfindən təhrif olunmayacağını və əbədi
               olaraq öz əzəmətini saxlayacağını bəyan etmək istəmişdir.
                   Onlar  əvvəlki  səmavi  kitabları  təhrif  etdikləri  kimi,  heç
               vaxt Quranı əyləncə vasitəsinə çevirməyə və onun hökümlərini
               dəyişməyə  nail  olmayacaqlar.  («Əlhuda  ila  dinul  Mustəfa»,
               1/34).

                   «Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun
               həqqaniyyətinə xələl gətirə bilməzlər.»
                   Biz  bilirik  ki,  bəşər  Quran  ayələrini  öz  şəxsi  rəy  və
               nəzərləri  ilə  təfsir  etmiş  və  oradan  müxtəlif  mənalar  əldə
               etmişlər.  Amma  bütün  bunlara  baxmayaraq,  onun  həqiqi
               mənası öz dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər
               də toxunulmaz olaraq qalacaqdır.
                   3. Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Quranın
               bütün ixtilaf və keşməkeşləri həll etməsidir. Belə ki, hədisdə
               deyilir «Allahın  nazil  etdiyi  Quranla  siz  bütün  ixtilaf  və
               qarşıdurmalarınızı  aradan  qaldıra  bilərsiniz.» Bu  bir  daha
               Quranın qəzavət və ictimai ədalətin bərqərar olunması üçün ən
               gözəl vasitə olduğunu sübuta yetirir.
                   Bəli, əgər  müsəlmanlar öz  maddi  və  mənəvi  həyatlarında
               Qurana sığınaraq onun hökmlərindən lazımı qaydada istifadə
               etsəydilər,  həqiqəti  tamamilə  dərk  edər  və  Peyğəmbər  (s)-ın
               Əhli-beytinin (ə) məqamından agah olardılar. O Əhli-beyt ki,
               Peyğəmbər  (s)  onların  əhəmiyyətini  Quranla  eyni  səviyyədə
               tutmuş və özündən sonra məhz onları canişin təyin etmişdir.
                   Həqiqətən, əgər müsəlmanlar Quranı özləri üçün haqq və
               ədalət  şüarı  bilsəydilər,  bu  gün  belə  bir  çıxılmaz  vəziyyətə
               düşməzdilər. Əgər onlar Quran nuru altında hərəkət etsəydilər,
               hər  bir  ali  hədəflərinə  çatar  və  bir  daha  haqq  yoldan
               azmazdılar.
   168   169   170   171   172   173   174   175   176   177   178