Page 174 - Islamic Studies 05
P. 174
173) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Amma təəssüflər olsun ki, müsəlmanlar Qurana arxa
çevirib cahiliyyət dövrünün adət-ənənələrinə üz tutmuşlar.
Onlar zəlalət bayrağı altına pənah aparmış və nəticədə din,
əqidə, təriqət və s. bu kimi ixtilaflara düçar olmuşlar. Bu
ixtilaflar günbəgün böyüyərək müxtəlif cərəyanların
yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə
təqsirləndirir, nahaq qanını tökür və var-dövlətini haqsız
olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid
etməyi, hətta lənət oxumağı belə özləri üçün ibadət sanır və
bununla Allaha yaxınlaşmaq istəyirlər. Bütün bunların səbəbi
isə bizə məlumdur. Qurandan uzaq düşmək, onu şəxsi rəy,
yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün
fəsadların mənşəyidir.
İkinci hədis:
Əli (ə)-dan nəql olunmuş ikinci hədisdə Quran belə vəsf
edilir: «Quran sönməz əbədi nur və dərinliyi bilinməyən böyük
bir dənizdir. Quran haqq yolu və ümid mənbəyidir. Bu yolun
yolçuları qət etdikləri mərhələdə zülmət və qarnlıqlarla
qarşılaşmaz və haqq yoluna hidayət olunarlar. Quranın
gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Quran bütün
dərdlərin dərmanı və şəfa mənbəyidir. Quranı özündə yaşadan
şəxslər daim alnıaçıq və vüqarlı olarlar. Quranın tərəfdarları
bir an olsun belə, himayəsiz qalmaz və onu özlərinə ən böyük
hami və dayaq hesab edərlər. Quran iman xəzinəsi, tükənməz
elm mənbəyi, ədalət və qəzavət gülüstanıdır.
Quran islamın təməli və geniş həqiqət düzənliyidir. Quran
suyu tükənmək bilməyən dəniz və bulanmayan bir çeşmədir.
Quran öz yolçularının yoluna nur saçan hidayət carçısıdır.
Onun yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan
bir an olsun belə, sapınmazlar. Allah-taala Quranla elm
susuzlarının susuzluğunu yatırar, fiqh alimlərinin qəlblərinə
təravət bəxş edər və əməli-saleh insanları öz məqsədlərinə