Page 211 - Islamic Studies 05
P. 211

Din, Qərbin fəlsəfi atmosferində (210

               Şübhəsiz,  məzhəb  ayrılıqları  və  parçalanmaların  çoxu  siyasi
               amillər nəticəsində baş verir. Lakin son ayrılıqda etiqadi  bir
               amil  mövcud  olmuşdur.  Katoliklər    (həmçinin  sonradan
               meydana gəlmiş Protestan məzhəbi) öz imanlarını izhar etmək
               hədəfi  ilə  Müqəddəs  Ruhun  Ata  Allah  və  Oğul  İsadan
               gəldiyini  bildirir  və  bu  barədə     “  və  Oğul”  (latın  dilində
               Filioque) ifadəsi işlədirlər. Lakin Ortodokslar  iman qanunun

               əsl  ifadəsilə  kifayətlənir  və  həmin  sözü  işlətmirlər.  Onların
                                                                                     1
               əqidəsinə görə, Müqəddəs Ruh yalnız Ata Allahdan gəlmişdir.
               Son  dövrlərdə  kilsələr  bir-  biriləri  arasında  vəhdət  yaratmaq
               məqsədilə  görüşlər keçirir, danışıqlar aparırlar.

                          Firqələr

               Xristianlar  məzhəb  və  təriqəti  “  Kilsə”  adlandırırlar.  Bugünə
               kimi  gəlib  getmiş  və  indi  də  mövcud  olan  dinlərin  müxtəlif
               məzhəb  və  təriqətləri  olmuşdur.  Xristianlıq  da  belə  dinlər
               sırasındadır.  Yaranma  tarixinə        və  yaşına  görə  xristianlıq
               məzhəbləri  bir-  birindən  fərqlənir.Bəzisi  köhnə  və  qədimliyi
               və bəzisi isə nisbətən təzəliyi ilə tanınır. Ardıcıllarının sayında
               da fərqlilik nəzərə çarpır.
               Xristian  dinində  üç  böyük  məzhəb  və  bir  neçə  kiçik  təriqət
               mövcuddur. Katolik və Ortodoks kimi bəzi məzhəblər arasında
               mövcud  olan  fərq  olduqca  azdır.  Lakin  Katolik  və  Protestan
                                                                   2
               məzhəbləri arasında mövcud olan fərq çoxdur.
               Bu  məzhəblər  haqqında  daha  geniş  məlumat  vermək  olardı.
               Lakin  məqaləmizin  tələb  olunan  ölçüsünə  uyğun  gəlmədiyi
               üçün bununla kifayətlənirik.




               1 Eyni mənbə, səh 218
               2 Eyni mənbə, səh 219
   206   207   208   209   210   211   212   213   214   215   216