Page 210 - Islamic Studies 05
P. 210
209) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
mərasim, ayin və dini simvolları var. Bunlardan, Bizans
ənənəsinə malik Pravoslav, Roma ənənəsinə malik Katolik
XVI əsr Reformasiya ənənələrinə malik Protestant kilsələri
1
aparıcı idi.
Hüseyn Tofiqi: Əhdi- cədid kitabında sözü keçən “ Xristian
toplumu” əslində “Elçilərin kilsəsi” adlanır. Bu isə, həzrət
İsanın (ə.) elçiləri və xristian dininin ilk nəslidir. Həmin
cəmiyyət və toplumun tarixi miladi təqvimi ilə 30- 100- cü
illəri, yəni “ Gül tökmə” (Pəncahe, Pintikast) bayramı ilə
2
İncilin sonuncu hissəsinin yazılıb sona çatdığı illəri əhatə edir.
Məqaləmizin əvvəlində tarixi dövrələri ayırarkən kilsələrin
ayrılması məsələsinə toxunmuşduq. Bu barədə Hüseyn Tofiqi
maraqlı faktlara toxunur: “ Xristian tarixində ən mühüm
ayrılıq Konstantinopol kilsəsi ilə Roma kilsəsi arasında
meydana gəlmişdir. Bəzən buna “ şərqlə qərbin ayrılığı” adı
verirlər. Roma kilsəsinin nəzərinə görə, kilsələrə rəhbərlik
edən şəxslər yalnız Roma yepiskopunun nəzarəti altında
fəaliyyət göstərən dünya yepiskoplarından olmalıdır. Lakin
Konstantinopol kilsəsi Xristian dini üçün dünyada bir- biri ilə
bərabər olan beş kilsənin mövcud olduğunu söyləyirdi. Həmin
kilsələr isə Yerusəlim, Antakya, Roma, İsgəndəriyyə və
3
Konstantinopol kilsələrindən ibarət idi.
Kilsənin iqtidarı ilə bağlı fikir ayrılığının olmasına rəğmən
Roma və Konstantinopol kilsələrinə tabe olan xristianlar
arasında birlik olmuşdur və sonrakı əsrlərdə də iki kilsə bəzən
bir- birindən ayrılır, bəzən isə barışırdılar. Nəhayət, iki kilsə
arasında “ Böyük ayrılıq” ( The Great Schizm) adlanan
4
sonuncu ayrılıq 1054- cü ildə baş verdi.
1 Kulturologiya, səh 222- 223
2 Hüseyn Tofiqi, “ Böyük dinlərlə tanışlıq”, səh 168
3 Eyni mənbə, səh 218
4 Eyni mənbə, səh 218