Page 321 - Islamic Studies 05
P. 321
İsrafla mübarizə Nəhcül-Bəlağə baxımından (320
təvazökarların mükafatını sənə versin?! Sədəqə
verənlərin savabını qazanmağa hərissən, amma nemət
içində ola-ola zəiflərin və dul qadınların haqqını
vermirsən. Şübhə yoxdur ki, insan sabahkı günə nə
göndərirsə, onun müqabilində də əvəz alacaq və
1
Allahın hüzurunda özü hazırladığı yerə daxil olacaq.”
Bu bəhsin sonunda İmam Əlinin (ə) israf
haqqındakı bir neçə hikmətli sözünə baxaq:
- Səxavətli ol, amma israf eləmə. Mülayim ol,
çox tələbkar olma.
- Orta yolu tutaraq israf etməmək və vədə verib
xilaf çıxmamaq mərdlikdir.
- Kim orta yolu tutmazsa, israf və ifrat onu
həlak edər.
- Kim təkəbbürlük libasını geyər və israf edərsə,
şərəf və fəzilət libasını soyunmuş olar.
- Yaxşılıq və Allaha itaət etməkdən başqa hər
bir şeydə israf etmək, pis və məzəmmətlidir.
- Az yemək ismət, nəciblik və təmizlikdir, çox
2
yemək isə israf və çılğınlıqdır.
İsraf – iqtisadi və ictimai işlərdə qarışıqlığın
amilidir
1 - Nəhcül-Bəlağə, 21-ci məktub
2 -Nazimzadə, Cilvehayi-Hikmət, s. 41,44