Page 322 - Islamic Studies 05
P. 322

321) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                      İsraf  elə  bir  əməldir  ki,  cəmiyyəti  iki  formada

               korlaya  bilər.  Bunlardan  biri  sərvət  vasitəsilə
               qudurmaq və tüğyankarlıqdan, ikincisi isə, malı şəxsi
               arzulara, istəklərə görə məhv etməkdən ibarətdir.


                      Quranda bu haqda gəlmişdir:

                      “Biz  xoş  güzəranına  naşükür  olub  qürrələnən

                                                                                  1
               neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik”.
                      Sərvət vasitəsilə tüğyan etməyin mənşəyi budur:

               sərvətli şəxs bilmir ki, insanların maddi həyatının əsası
               çalışıb  yaratdıqları  və  bunun  vasitəsilə  də  öz
               yaşayışlarını  təmin  etdikləri  vəsaitdir.  Ya  da  bilirlər,

               amma  onun  qüdrəttələbliyi  başqalarının  xeyirini
               düşünməyə  qoymur.  Nəticədə,  mal  və  sərvəti  elə  bir
               yolda xərcləyirlər ki, ictimai ədaləti pozmaqdan başqa
               bir səmərəsi olmur.


                      İsrafın kökləri ilə mübarizə


                      Əxlaq  elmində  pis  bir  xüsusiyyət  ilə  mübarizə
               etmək  üçün  əvvəlcə  onun  kökünü  tanımaq,  sonra  isə
               mübarizə tövsiyə olunur.


                      Pis  bir  xüsusiyyətlə  səthi  mübarizə  onu  məhv
               etmək  üçün  yararlı  olmayacaq.  Bu  eyni  ilə  bir  ağacı
               qurutmaq  üçün  onun  köklərini  məhv  etmək  yerinə

               budaqlarını  kəsmək  kimidir.  Belə  olan  halda,  həmin



               1 - Qəsəs, ayə 58
   317   318   319   320   321   322   323   324   325   326   327