Page 324 - Islamic Studies 05
P. 324
323) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
şəxsin bu cür tərbiyəsi həmçinin digər əxlaqi cəhətlər
kimi onun ruhi formalaşmasında təsir qoyacaq və
ailədə qazanılmış bu xüsusiyyəti cəmiyyətə və onun
özünün təşkil edəcəyi ailəyə ötürəcək. Məgər ki, həmin
şəxs əxlaq və tərbiyənin dəyişdirilməsi vasitəsilə, bu
cür formalaşmaqdan özünə nicat versin.
Bəzi camaatın israf etmələrinin səbəbi gərək
onların əxlaqi və ruhi şəxsiyyətlərində axtarılsın.
Çünki ifratçılığa, qanunu pozmağa, günaha, itaətsizliyə
adət eləmiş şəxs adətən iqtisadi sahədə mötədil şəxs
ola bilməz və hətta öz malını pis və şəhvani
arzularının, istəklərinin, adətlərinin təmin olunmasında
hədərə verər.
Dövlət işçilərinin mühitinin və yaşayışının
necəliyinin ümumi camaat tərəfindən yaşam növünün
seçilməsində təyinedici və təsirli rolu var. Buna görə
onların islahat aparmaması cəmiyyətdə xərclərin
mötidilləşdirilməsi və onun metodlarının düzəldilməsi
sahəsində hər bir səy nakam, yaxud çox az faldalı
olacaq.
Hakim təbəqənin məişət vəziyyəti camaatın
diqqət mərkəzindədir və cəmiyyətin müxtəlif
təbəqələri özünün yaşam səviyyəsini, maddi
imkanlardan istifadə etmək həddini məsul şəxslərin
xərclərinin həddi, növü ilə müqayisə edir və şiddətli
dərəcədə onların təsiri altındadırlar.