Page 323 - Islamic Studies 05
P. 323
İsrafla mübarizə Nəhcül-Bəlağə baxımından (322
ağac bir müddət budaqsız və yarpaqsız qala bilər,
amma bundan sonra yenə də onun başqa hissələrindən
budaqlar çıxacaq.
Fərz edin ki, bir şəxs öz həyatında həmişə
arzularına çatmaqda nakam qalmışdır və fəqirliklə,
məhrumiyyətlə üzləşmişdir. Zaman-zaman əmələ
gələn bu məyusluq, tədricən psixoloji maneəyə
çevrilərək, onun şəxsiyyətində qarışıqlıq yaradır. Belə
olan halda, o öz şəxsiyyətini aşkara çıxarmaq üçün elə
vasitələrə əl atır ki, bu, psixologiyada “psixi
mexanizmlər” və “müdafiə xarakterli reaksiyalar” adı
ilə tanınır.
Psixologiyası pozulmuş şəxs bu növ psixoloji
reaksiyalar zamanı öz arzularını və qatılaşmış ruhi
maneələrini gizlətmək üçün elə bir əmələ əl atmağa
səy edir ki, bu əməl ona cəmiyyətdə yer versin,
səxsiyyət qazandırsın.
İsrafı, bədxərcliyi və ağılsız xərclləri həmin
şeylərdən hesab etmək olar. Çünki israfkar şəxs bu
əməli ilə özünün məzəmmət olunmuş şəxsiyyətini
yenidən tapmaq, dirçəltmək axtarışındadır və o elə
düşünür ki, bu yolla cəmiyyətdə ürəyiaçıq, əliaçıq və
sərvətə etinasız ünvanında tanınacaq.
Böyükləri, xərcləmək üçün düzgün nümunə
olmayan, hər hansı bir dəlilə əsasən həddi aşan, hesab-
kitabsız xərcləməyə adət edən bir ailədə tərbiyə almış