Page 325 - Islamic Studies 05
P. 325

İsrafla mübarizə Nəhcül-Bəlağə baxımından (324

                      Bu cəhətdən həzrət Əli (ə) buyurur: “Allah-taala

               cəmiyyətin saleh və adil rəhbərlərinə vacib etmişdir ki,
               öz  vəziyyətlərini  –  geyim,  yemək,  məskən  və  başqa
               ehtiyaclar  –  camaatın  zəif  təbəqəsinə  uyğun  etsinlər.

               Ona görə ki, fəqirlik və yaşam tərzinin çətinliyi onlara
               asan  olsun,  fəqirlik  onlarda  təhqir  və  xəcalət  hissi
                               1
               oyatmasın.”

                      Maddi  gəliri  yalnızca  zərurətlər  və  ehtiyaclar
               həddində  olan  bir  ailə,  bu  zərurətlərə  cavab  vermək
               üçün  xərcin  kontroluna  diqqət  yetirməyə  məcburdur.

               Amma  əgər  onun  sərvəti  həqiqi  ehtiyaclarından  çox
               olarsa,  ailənin  üzvləri  və  müdiri  düzgün  xərcləmə
               əxlaqına,  mədəniyyətinə  sahib  olmazlarsa,  həddi

               aşmağın  onların  iqtisadi  imkanına,  gücünə  zərər
               yetirməyəcək  xəyalı  ilə  israfa  əl  atacaqlar.  Amma
               diqqət etmək lazımdır ki, əvvəla, həyatın axarı həmişə
               eyni  səviyyədə  olmur  və  onun  önündə  eniş-yoxuş  və

               böhran nöqtələri var. Nə qədər ailə bir zamanlar izzət
               və rifahın zirvə nöqtəsində yaşamış və sonra fəqirliyə

               düçar  olmuşlar.  Buna  görə  də  mötədil  və  gələcəyi
               düşünən  insan,  maddi  vəziyyəti  yaxşı  olan  günlərdə
               həmçinin fəqirlik, kasıblıq fikrində də olar və israfdan,
               “təbzir”dən  uzaq  durmaqla  öz  gələcəyini  də  nəzərə

               alar.

                      İkincisi  də,  nə  iradı  vardır  ki,  insan  zərurət  və
               təbii  ehtiyaclarını  ödəmək  həddində  öz  sərvətindən


               1  -Nəhcül-Bəlağə, Sübhi Salehin tədqiqi, c. 209, s. 325
   320   321   322   323   324   325   326   327   328   329   330