Page 330 - Islamic Studies 05
P. 330
Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları
1
Şamil Məhərrəmov
Abstrakt
Əslində, Zeyd ibni Əli öz ata və qardaşının tə᾿limindən
savayı, başqa sözlə desək, Əhli-beytin e᾿tiqadından fərqli olan
heç bir əqidəyə əsaslanmamışdır. Lakin sonralar sair firqələrlə
təmasda olan Zeydiyyə alimləri öz məzhəblərinin mövqeyini
qoruyub saxlamaq üçün imamiyyə məzhəbinin əqidəsi ilə
fərqli olan bə᾿zi e᾿tiqadi məsələlər meydana gətirdilər.
Nəticədə bu cərəyan müstəqil fiqhi və kəlami məzhəbə
çevrildi. Bu məqalədə onların e᾿tiqadının əsasını təşkil edən
üsullar haqda söhbət açacaq və onların hər biri barədə ətraflı
izahlar verəcəyik. Zeydiyyə məzhəbinin əqidə əsaslarını beş
şey təşkil edir: Tövhid, Allahın ədaləti, vəd və vəid (cənnətə
müjdə, cəhənnəm əzabından qorxutmaq), nübuvvət, yaxşı
işlərə də᾿vət etmək, pis işlərdən çəkindirmək.
Açar kəlmələr: Zeydiyyə, İsmailiyyə, tövhid, ədalət,
nübuvvət, imamət
1. Tövhid
Zeydiyyə məzhəbinin nəzəri tövhidə olan e᾿tiqadı Allahın
zat, sifət və ibadətdə təkliyinə iman bəsləməkdən ibarətdir.
1 - İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma
İnstitutu, Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran