Page 347 - Islamic Studies 05
P. 347

Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (346

               İsmailiyyə firqəsinin bünövrəsini qoymuş dörd nəfər şəxsin adı
               ilə qarşılaşırıq:


                  1. Məhəmməd ibni Əbi Zeynəb, ya Məqlas ibni Əbil Xəttab;


                  (Əbul Xəttab ləqəbi ilə məşhur olmuşdur). Bu şəxs əvvəllər
               imam  Məhəmməd  Baqir  (ə)  və  imam  Cə᾿fər  Sadiqin  (ə)
               səhabələrindən       olmuşdur.      Lakin      sonralar    imamların
               məqamlarını  daha  da  ucaldaraq  onları  ilahiləşdirdiyi  üçün
               imamlar tərəfindən lə᾿nətlənərək uzaqlaşdırılmışdır.


                  Belə  ki,  hətta  imam  Sadiqdən  (ə)  Əbul  Xəttabın
               lə᾿nətlənməsinə və hər bir müsəlmanın ondan uzaq düşməsinə
               dair bir neçə rəvayət də nəql olunmuşdur. Əbul Xəttab özünü
               imam  Sadiqin  (ə)  vəsisi,  imamları  isə  əvvəllər  peyğəmbər
               hesab  edirdi,  daha  sonra  isə  ifrata  vararaq  Cə᾿fər  ibni
               Məhəmmədi ilahilik dərəcəsinə qədər ucaltmışdır.


                  Əbul  Xəttab  Kufədə  ətrafına  kiçik  bir  dəstə  toplaya
               bilmişdir. Lakin Kufənin valisi İsa ibni Musa tərəfindən qətlə
               yetirildikdən  sonra  tərəfdarları  Məhəmməd  ibni  İsmailə  üz
               tutaraq  onun  vəfatını  e᾿tiraf  etmişlər.  İsmailiyyə  firqəsinin
               «Natiq»  və  «Lal  İmam»a  (İmamun-natiq  və  imamus-samit)
               olan  e᾿tiqadı  məhz  Əbul  Xəttabın  nəzəriyyələrindən
               qaynaqlanmışdır.[180]


                  2. Məymun Qəddah;

                  Əhvazda  sakin  olmuş  və  müxtəlif  göz  xəstəliklərini,  o
               cümlədən  mirvari  suyunun  çəkilməsini  müalicə  etmişdir.  Bu
               səbəbdən  də  ona  «Qəddah»  ləqəbi  verilmişdir.  Qəddah  Əbul
               Xəttabın  davamçılarından  olmuş  və  onun  nəzəriyyələrinin
               yayılmasında böyük rol oynamışdır.
   342   343   344   345   346   347   348   349   350   351   352