Page 38 - Islamic Studies 05
P. 38
37) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
edibsə, əmanət verilən kimsə əmanəti (vaxtı gələndə sahibinə)
geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi
gizlətməyin! Kim onu gizlədərsə, şübhəsiz, onun qəlbi
1
günahkardır. Allah etdiyiniz əməlləri biləndir.
Diqqət etsək, görərik ki, Allah bu ayələrdə “Notariat və
Müqavilə” hüquqları haqqında danışır. Əgər ayələri oxuyub,
onların mənaları haqqında bir qədər düşünsək, Quranın bu
mövzuya nə dərəcədə dəyər verdiyini başa düşə bilərik.
Allah ayələrdə “Notariat və Müqavilə” hüquqları haqqında o
həddə incə və şəffaflıqla danışır ki, o ayələri oxuyan hər bir
insan həmin hüquqi mənaları dərk edə bilir.
Sonda isə Vərəsəlik hüququna aid bir neçə ayəni gətirib,
Quranın bu mövzuya verdiyi dəyər ilə tanış olacağıq.
Sizdən birinizə ölüm gəldiyi zaman bir xeyir (mal-mülk)
qoyub gedəcəksə, valideynlərə və yaxın qohumlara adətə
uyğun bir şəkildə vəsiyyət etməsi fərz edildi. Bu, təqva
sahiblərinin borcudur. Kim onu (vəsiyyəti) eşitdikdən sonra
dəyişdirərsə, onun günahı yalnız onu dəyişdirənlərədir.
Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. Kim vəsiyyət
edənin haqsızlıq etməsindən və ya günaha girməsindən qorxub
onların (varislərin) arasını düzəldərsə, ona heç bir günah
2
yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
Allah övladlarınız (övladlarınıza miras bölgüsü etməyiniz)
haqqında sizə əmr edir ki, oğula iki qızın payı qədər (pay)
düşür. (Ölən şəxsin) qızları ikidən artıq olarsa, mirasın üçdə
ikisi onlarındır. Əgər tək bir qızdırsa, (mirasın) yarısı onundur.
(Ölən kimsənin) övladı varsa, ata-anasının hər birinə mirasın
Həmin, 283. 1
Bəqərə, 181 - 183. 2