Page 57 - Islamic Studies 05
P. 57

Qadın və uğur (56

               qızmar günəş altında yolun üstünə atıblar. Əgər Allahın lütf və
               mərhəməti olmasaydı şübhəsiz   o , tələf olardı.
                      Bir neçə şücaətli xanımın adını çəkdikdən sonra istərdim
               ki  ,  birlikdə  Peyğəmbərin  (s.ə.a.s.)  kənizi  Ümmu  Əymənin
               həyatına qısa nəzər salaq.
                       Bu xanımın adı Bərkə idi. Bərkə xanım həm də şəhid
               vermiş  analardan  biridir.  Həzrət  Peyğəmbər  (s.ə.a.s.)  onu

               kənizlikdən  azad  edərək  Übeydə  Xəzrəci ilə    evləndirmiş  və
               onların bu izdivacından Əymən adlı oğlu dünyaya gəlmişdi.
                      Ümmu  Əymənin  əri  vəfat  etdikdən    bir  müddət  sonra
               Peyğəmbər (s.ə.a.s.) onu Zeyd ibn Haris ilə evləndirmiş və bu
               izdivacdan  da  Üsamə  adlı  oğlu  dünyaya  gəlmişdi.  Ümmu
               Əymən çox qoşaq və  şücaətli bir xanım idi. O , yaralılara tibbi
               yardım  göstərmək  üçün  Ühüd  döyüşündə  iştirak  etmiş  və
               döyüşün  qızğın  anında  bir  dəstə  müsəlmanın  fərariliyini
               görəndə  ovcunu  torpaqla  doldurub  onların  üzünə  ataraq
               demişdi:
                      -“Kişi  döyüşdən  qaçmaz.  Siz  arvad  kimi  hərəkət
               edirsinizsə  ,  gedin  arvad  cəhrəsi  arxasında    da  oturun.  Vay
               olsun sizə!”Ümmu Əymən bununla da kifayətlənməyib , əlinə
               qılınc  alaraq  İslam  və  Peyğəmbərimizin    (s.ə.a.s.)
               müdafiəsinə qalxmışdı.
                      Onun    fəziləti  ,  cəsurluğu  barəsində  çox  yazmaq  olar.
               Ümmu  Əymən  Rəsuləllahdan  (s.ə.a.s.)  sonra  da  əqidəsində
               möhkəm  qalmış  və  həmişə  Həzrəti  Fatimeyi  Zəhra  (s.ə.)  və
               onun  ailəsi  ilə  birgə  olmuşdu.  Bu  fəzilətli  xanım  haqqında
               bunu  demək  kifayət  edir  ki  ,onun  oğlu  Əymən  Hüneyn
               döyüşündə  misli  görünməmiş  qəhrəmanlıq  göstərərək  şəhid
               olmuş  ,  digər  oğlu  Usamə  isə  hələ  17-20  yaşlarında  ikən
               sərkərdə məqamına kimi yüksəlmişdi.
                      İslam tarixində ağır döyüşlərdən biri də Ühü döyüşüdür.
               Bu döyüdə  Mədinə müsəlmanlarının bir çoxu şəhid vermişdir.
   52   53   54   55   56   57   58   59   60   61   62