Page 90 - Islamic Studies 05
P. 90
89) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Pirronun1 yaratdığı skeptisizm cərəyanı da dərkolunmazlığı
tə’lim etmişdir. Klassik Avropa filosoflarından Devid Yum və
İmmanuil Kant aqnostisizmi formalaşdırmışlar. Kanta görə
«özündə şeylər» «bizim üçün şeylərə» çevrilə bilməz.
«Özündə şeylər» dərkolunmazdır. XX əsr Avropa fəlsəfəsində
aqnostisizmi müdafiə edən əsas məktəb «Ekzistensializm»2
fəlsəfi məktəbi olmuşdur. Ekzistensialistlərə görə, varlığı dərk
olunan qəbul etmək onu məhv etməkdir. Onlar Corc Berkli1
fəlsəfəsindəki «Esse est percipi!– Mövcudluq qavranılmaq
deməkdir!» tə’limini tənqid edərək, onu, varlığı məhv etməkdə
təqsirləndirirlər.
Aqnostisizm nəzəriyyəsində Sofizmin açıq-aşkar tə’siri
duyulur. Bu tə’lim insan idrakını dəmir hasarlara alır, biliyi
inkar edərək məhdudlaşdırır. Qeyd etdiyimiz kimi, insan
özündə və özündən xaricdə həqiqət olduğunu, habelə özünün
bu həqiqəti qavramağa qadir oduğunu fitrət və vicdanı ilə
təsdiqləyir.
Səbəbiyyət qanunu
Mövcudata nəzər salsaq, onun bütün predmetlərinə hakim
çıxan bir qanunun olduğu diqqətimizi cəlb edəcəkdir.
Yer hərəkət edir, Günəş nur saçır, yazda çaylar daşır, yüksək
hərarət əlimizi yandırır… Bütün bu gördüklərimiz və görə
bilmədiklərimizin hər biri bu qanunla əlaqəlidir. Bu,
1Elidalı Pirron –eramızdan əvvəl 360-270-də yaşamış yunan filosofu, Skeptisizm
tə’liminin banisi olmuşdur.
2Ekzistensializm fəlsəfəsi –XX əsrdə meydana gəlmiş fəlsəfi tə’limdir. Bu fəlsəfi
tə’limin nümayəndələri arasında dini və ateist ekzistensialistlər də olmuşdur. Bu
tə’limin Qabriel Marsel(1889-1973, Fransa), Nikolay Berdyayev(1874-
1948,Rusiya),Martin Haydegger(1889-1976,Almaniya) və başqaları kimi görkəmli
nümayəndələri olmuşdur.
1 Corc Berkli (1685-17 İngilis idealist filosofu. O, hər bir şeyin mövcudluğunu onun
qavranılan olmasında görürdü.