Page 92 - Islamic Studies 05
P. 92
91) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
irəli gəlirdi. Digər tərəfdən, mə’lum olduğu kimi materialistlər
yalnız səbəbiyyətin deyil, bütün qanunların ümumiliyini inkar
edirlər. K.Marksa görə bütün qanunlar, irəli sürülən
nəzəriyyələr müəyyən şəraitin məhsuludur; hər hansı bir
şəraitdə gəldiyimiz qənaət, başqa bir şəraitdə mütləq
dəyişəcək, yenisi ilə əvəz olunacaqdır. Elə isə, materialistlər
«qeyri-müəyyənliklər nisbətini» mütləq şəkildə necə qəbul
edirlər?
Səbəbiyyət qanununu şübhə altına almaq bütün elmi
tədqiqatları «tormozlamaq» kimi bir şeydir. Ən mürəkkəb elmi
kəşflər, məhz, səbəbiyyət qanununa inamdan doğulur. Misal
üçün diqqətinizi fizikada mühüm bir kəşfə yönəldirik:
Atom fizikasında fövqəl’adə əhəmiyyət kəsb edən alfa, beta
və qamma şüaları necə kəşf olunmuşdur? Bu şüalar radioaktiv
çevrilmələr zamanı kimyəvi elementlərdən ayrılan müxtəlif
xasiyyətli şüalardır. Bu fərqli şüaları ilk dəfə məşhur ingilis
fiziki Rezerford (1871-1937) aşkar etmişdi. Rezerford dövrü
sistemdə 88 nömrəli element olan radiumun saçdığı radioaktiv
şüanı perpendikulyar istiqamətdə güclü maqnit sahəsi ilə
tə’sirləndirir. Bu zaman şüalanma istiqamətində qoyulmuş
fotolövhədə bir deyil, üç şüa aşkar olur. Şüalardan biri düz,
ikincisi maqnit sahəsinə az meylli, üçüncüsü isə maqnit
sahəsinə çoxmeylli düşmüşdü. Bunun səbəbi şüalardan birinin
mənfi yüklü, ikincisinin müsbət yüklü, üçüncüsünün isə
yüksüz olması idi. Maqnit sahəsinə az meyl edən müsbət yüklü
şüalar alfa, çox meyl edən mənfi yüklü şüalar beta, meyl
etməyən yüksüz (elektrik yükü olmayan) şüalar isə qamma –
şüaları adlandırıldı. Rezerford şüaların üç istiqamətdə
düşməsinə nə üçün səbəb axtarırdı? Nə üçün o, bu hadisəni bir
təsadüf kimi qiymətləndirmirdi? Çünki o, hər bir şeyin
səbəbiyyət qanununa bütün varlığı ilə inanırdı.