Page 91 - Islamic Studies 05
P. 91
Fəlsəfə elminə qısa bir baxış (90
«Səbəbiyyət» qanunudur. Səbəbiyyət qanunu biri «səbəb»,
digəri «nəticə» olan iki prinsipin əlaqəsini ifadə edən fəlsəfi
kateqoriyadır. Lakin bu iki şey arasında olan əlaqə və
kauzallıq bütün əlaqələrdən daha güclü, daha dərindir. Burada
şeylər biri digərinə öz vücudu ilə bağlıdır. Səbəb öz nəticəsinə
həyat verən, ona varlıq bağışlayan, nəticə isə öz varlığında, var
olmasında səbəbə borclu olan, ona möhtac olan amillərdir.
Məsələn, Günəş bir səbəb kimi öz nuruna vücud bağışlayır.
Burada, nəticə olan Günəş nurunu Günəşsiz təsəvvür etmək
olarmı?
Səbəbiyyət qanunu o qədər aşkar və möhkəmdir ki, bütün
fəlsəfi məktəblər tərəfindən bə’zi fərqlərlə qəbul olunmuşdur.
Yalnız «İndeterminizm» təlimi bu qanunun ümumiliyini, bə’zi
hallarda isə tamamilə inkar etməkdə fərqlənir. Bunun
müqabilində «Determinizm» səbəbiyyətin ümumi xarakterini
müdafiə edərək onu zəruriyyətlə eyniləşdirir.
Fizikanın inkişafı ilə Kvant mexanikasının meydana gəlməsi
Determinizmə baxışları dəyişdi. 1927-ci ildə alman fiziki
Verner Heyzenberqin (1901-1976) bir prinsiptək
formalaşdırdığı «qeyri-müəyyənliklər nisbəti» səbəbiyyət
qanununun ümumi xarakteri ilə uyğun gəlmirdi. Bu prinsipdə
elementar zərrəciklərin koordinat və impulslarını tə’yin
etməyin qeyri-mümkünlüyü söylənilirdi. Həmişə olduğu kimi
materialistlər bu prinsipdən faydalanaraq, mikroaləmdə
səbəbiyyət qanununun hakim olmadığını iddia etdilər. Onlar
bu iddianı «elementar zərrəciklərin iradə azadlığı» kimi ifadə
edirdilər.
Lakin Heyzenberqin «qeyri-müəyyənliklər nisbəti»
prinsipinin mütləq şəkildə doğru olmasına heç kəs zəmanət
vermirdi; Elementar zərrəciklərin koordinat və impulslarının
müəyyən olunmasının qeyri-mümkünlüyü, onların «iradə
azadlığından» daha çox eksperimental vasitələrin zəifliyindən