Page 95 - Islamic Studies 06
P. 95
Evlilikdə hədəf və ölçülər /94
nikahların 93%-i və Protestantlar arasında 74%-dən çoxu din
1
daxilidir.
Əlbətdə, dinsiz və ya dini qanunlara etinasız cütlüklər,
inancsızlıqlarına və yanlış inanclarına əsaslanaraq bir-birlərinə
dözə və birlikdə yaşaya bilərlər, lakin həyatları xoşbəxt və
Allahın razılığı əsasında olmayacaq. Çünki Allahı və onun
əmrlərini unutmaq, Allahın da insanı görməzdən gəlməsinə
səbəb olur.
2. Təqva
Təqvanın həqiqəti günahlardan, Allaha asi olmaqdan
2
çəkinmək və ilahi əmrləri yerinə yetirməkdir. İmam Sadiq (ə)
təqvanın təfsirində buyurur: Təqva insanı Allahın qadağan
etdiyi işlərdən çəkindirir və Allahın ona əmr etdiyi şeyləri
3
yerinə yetirməyə sövq edir.
Təqvalı olmayan və açıq şəkildə qanunsuz cinsi əlaqə və
içki içmək kimi günahlar edən bir insanı, həyat yoldaşı olaraq
seçmək yanlışdır və belə bir insan səmərəli ailənin təməlini
qoya bilməz. Təqva cütlüklər və uşaqlar arasında əlverişli
münasibətlər yaratmağa ciddi təsir göstərir. Məsələn, dini
təlimlərdə oxuyuruq ki, təqvalı bir şəxs ailədə uyğunsuzluq
4
olsa da arvadına zülm etməz. Bu xüsusiyyət dini təlimlərdə
ciddi şəkildə nəzərdən keçirilmişdir və möminlərə tövsiyə
1 Saruxani, 2004.
2 Məkarim Şirazi, 1998.
3 Məclisi, Bihar əl-ənvar, c. 1, səh. 177, ( الله کدقفی لا عا :یاقتلا ری فت لف ملا لا هی ی قدلصلا لو
کلهن ثیح کاری لاو کروا ثیح).
4 Fərid Tənkaboni, əl-Hədis, c. 1, səh. 177, ( مل لهضغبا عا و لهورکا لهبحا علف الله لقتی نمو لهجوز
لهم ظی).