Page 110 - Islamic Studies 06
P. 110
Vəhyin mahiyyəti / 109
hidayət olaraq Allaha tərəf yönəlmiş və imtahandan üzuağ
cıxmışdır.
Ailə qurmağın əhəmiyyəti
Hər bir insan müəyyən yaşa gəldikdə ailə qurmalı, halal və
düzgün yolla nəslini artırmalı, cəmiyyətdə özünəməxsus bir
yer qazanmalıdır. Ailə özü ən kiçik cəmiyyətdir. Insan ilk öncə
ailədə tərbiyə olaraq öz şəxsiyyətini formalaşdırmağa başlayır,
valideynlərinin köməyi ilə doğrunu yalnışdan ayıra bilir,
özünəməxsus dünyagörüşünü yaratmağa başlayır.
Mənim nəzərinizə çatdıracağım mövzu isə “Övladın
tərbiyəsində valideynlərin rolu” məsələsidir. Övlad tərbiyəsi
olduqca mühüm və əvəzsiz bir vəzifədir ki, bunun da
öhdəsindən təəssüf ki, hər valideyn gələ bilmir. Valideynin öz
övladını düzgün şəkildə yetisdirməsi üçün əlbbətə ilk əvvəl
onun özünün düzgün əxlaqi dəyərlərə sahib olması lazimdır.
Ailə qurduqdan sonra qadın və kişi həyatlarını daha da rəngli
və mənalı etmək üçün uşaq dünyaya gətirməyi planlaşdırırlar.
Bu məqsədə çatdıqdan sonra uşağın yetişməsi üçün qayğı və
diqqət tələb olunur. Ana öz övladını yedizdirir, ona qulluq
edir, onun sağlam böyüməsi üçün əlindən gələni edir,
xəstələndikdə təlaş və narahatçılıq keçirərək analıq duyğusunu
daha da inkişaf etdirir. Valideyn övladı üçün əsas nə istəyə
bilər ki? Qoy balam yaxşı olsun, üzü gülsun, canı sağ olsun,
heç bir xəstəlik keçirməsin, ömrü uzun və xeyirli olsun. Bu
istəklərin içərisinə “mənim balam həm sağlam olsun, həm də
düzgün tərbiyə və əxlaqla yetişsin, Allahı düzgün tanıyan və
ona kamil ibadət və itaət edən biri olsun” fikirlərini əlavə edən
valideynlərin sayı mənə elə gəlir ki çox deyil. Ana və ata
övladının tək cismi sağlamlığını deyil, həm də ruhi
sağlamlığını düşünməlidir. Ruhu düzgün tərbiyə olmayan,
mənəviyyatı pak yolla qidalanmayan insanın cismi necə aram