Page 111 - Islamic Studies 06
P. 111
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /110
ola bilər ki? Valideynin tək vəzifəsi onun doyurmaq,
geyindirmək, xəstələnən zaman sağaltmaq deyil, onu müəyyən
yaşa çatdıqda məktəbə göndərmək deyil axı... Valideynin ən
əsas vəzifəsi onu cəmiyyətə təqdim etməmişdən əvvəl həm
cismi, həm ruhi cəhətdən hazırlamaqdır. Məhəmməd
peyğəmbərimizin (s) gözəl bir kəlamı var: “ Övladın
tərbiyəsinə ana bətnindən başlamaq lazımdır”.
İlk adımlar
Yenicə dünyaya gələn körpə, ilk öncə anasından qayğı və
diqqət tələb edir. Onun tərtəmiz dünyasında ac olanda yeyib
doymaq, natəmiz olanda paklanmaq, yuxusu gələndə isə şirin
yuxuya getmək kimi sadə və onun üçün çox əhəmiyyətli
dəyərlər var. Aylar keçdikcə ətraf mühiti yavaş-yavaş dərk
edərək, yuxu saatını azaltmağa başlayır, anasının, atasının və
diğər yaxınlarının sevgisini, qayğısını hiss etməyə başlayır,
müxtəlif səslərlə onlara reaksiya verməyəy başlayır, istəklərini
nitq qabiliyyəti hələ formalaşmadığı üçün ağlayaraq ifadə
etməyə çalışır. Artıq 7-8 ayına çatmış körpə isə hərəkətlərində
bir qədər irəliləyiş əldə edərək sərbəst oturmağa (anasının
köməyi və nəvazişi sayəsində) cəhd edir, bir-iki söz deməyə
başlayır (ana, ata nənə, baba və s.), əgər tam sağlam fiziki
quruluşa sahibdirsə iməkləməyə də başlayır. Əlbəttə, bu proses
bəzi uşaqlarda müxtəlif səbəblərdən dolayı ləngiyə də bilər.
Heç də hər uşaqda inkişaf mərhələsi eyni vaxtda baş vermir.
Bütün bu müddət ərzində körpənin ana südü ilə
qidalandırılması, həmçinin 6 ayından sonra yavaş-yavaş əlavə
qidalara oyrəşməsi, nitq qabiliyyətinin təməlinin formalaşması
valideynlərin zəhmətindən və səbrindən asılıdır.
Artıq 1 yaşını tamamlayan uşaq, (bir neçə ay gecikə də
bilər) ilk addımlarını ataraq ana-atasının böyük sevincinə
səbəb olur, müxtəlif sözlər deyərək ailə üzvlərinin ürəyində