Page 113 - Islamic Studies 06
P. 113

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /112

               güzgüdür; amma elə güzgüdür ki, ona baxan və ondan öyrənən
               uşağı dəyişdirmək, özü kimi etmək gücünə malikdir.
                   Valideynin  mütləq  riayət  etməli  olduğu  bir  neçə  cəhət
               vardır. Amma onların hər biri barəsində ayrı-ayrılıqda söhbət
               açmağa  məqalənin  həcmi  imkan  vermədiyi  üçün  yalnız  bir
               məqam üzərində durmaqla kifayətlənirik. Valideyn heç zaman
               uşağa yalan danışmamalıdır, heç zaman özü tərsinə etdiyi bir

               işi  ondan  tələb  etməməlidir.  Hətta  uşağa  hər  hansı  mükafat
               vədəsi  verərkən  belə,  diqqətli  olmaq  lazımdır  ki,  bu  vədəyə
               xilaf çıxmayasan. Uşaq ata-anadan yalan görərsə, əvvəla, qəlbi
               onlardan sınar. Ikincisi, onun özündə də yalançılıq xasiyyəti
               yaranar; axı yalan danışmaq pis iş olsaydı, onun nümunə kimi
               qəbul etdiyi valdieynlər bunu etməzdilər.
                   Səhabələrdən Abdullah ibn Amir rəvayət edir ki, bir gün
               Peyğəmbər bizim evimizdə oturmuşdu. Bu zaman anam məni
               çağırıb  dedi:  “Tez  yanıma  gəl,  gör  cənə  nə  verəcəyəm”.
               Peyğəmbər  anamın  sözlərini  eşidəndə  soruşdu:  “Uşaq
               gələndən sonra ona nə verəcəksən?”. Anam cavab verdi: “Bir
               xurma verməyi düşünürdüm”. Peyğəmbər buyurdu: “Əgər ona
               heç nə verməsəydin, əməl dəftərinə yalan cəzası yazılacaqdı”.
                   Valideyn  öz  övladına  hər  hansı  əməlin  pis  olduğunu
               söyləyirsə,  özü  də  bu  əməli  etməməlidir.  Əks  halda,  onun
               nəsihətlərinin heç bir kəsəri olmayacaq. Əgər ana ataya hörmət
               göstərməyi uşaqdan tələb edirsə, amma özü evdə əri ilə kobud
               davranırsa,  təbii  ki,  onun  dediklərinin  uşağa  heç  bir  təsiri
               olmayacaq. Ata halal-haramı gözləmək barədə uşağa hər gün
               nəsihət  verirsə,  amma  özü  küçədə  rastına  çıxan  pul  qabını
               onun gözü qarşısında götürüb mənimsəyirsə, uşaq bu barədə
               nə düşünəcək? Yalnız valideyn deyil, uşağın tərbiyəsi və təlimi
               ilə məşğul olan hər kəs öz davaranışına diqqət yetirməli, uşaq
               tərəfindən izləndiyini unutmamalıdır. Bu rəvayətdən yəqin ki,
               çoxlarının  xəbəri  var:  Bir  gün  bir  ana  uşağını  Peyğəmbərin
   108   109   110   111   112   113   114   115   116   117   118