Page 112 - Islamic Studies 06
P. 112
Vəhyin mahiyyəti / 111
dərin fərəhə səbəb olur. 2 yaşına kimi bütün dişlərini müəyyən
çətinliklərə baxmayaraq (bəzi uşaqlarda qızdırma, ishal,
yuxusuzluq kimi hallar) çıxardan uşaq yavaş-yavaş nitq
vərdişlərinə yiyələnməyə başlayır, qisa-qısa cümlələr deyərək
özünü ifadə etməyə, yaxınları ilə ünsiyyət qurmağa başlayır.
Bu zaman valideynlər nəzərə almalıdır ki, uşaqlar daima onları
eşidir və eşitdiklərini də dilə gətirməyə çalışır. ən azı
hafizəsinə həkk olunur və danışmağa başlayanda o sözlərdən
istifadə edir. Ona görə də valideynlər nitq üslubundakı əxlaqi
dəyərləri gözəl tənzimləməlidir. İndi isə mən insanları,
ələlxüsusda valideynləri yaxından maraqlandıran bir mövzunu
nəzərinizə çatdırmaq istəyirəm.
Övlad tərbiyəsinin forması
Uşaqları necə böyüdək ki, vicdanlı, əməlisaleh, cəmiyyət
üçün xeyirli olsunlar? Necə edək ki, uşaqlarımız böyüyəndə
onlardan ötrü xəcalət çəkməyək, onlar bizə başıucalıq və şərəf
gətirsinlər?
Bu sualın cavabını tapmaq üçün indiyə kimi minlərlə əxlaq
kitabı yazılıb, tövsiyələr edilib. Övlad tərbiyəsinin ən mühüm
cəhətlərini hər alim fərqli şəkildə görüb. Amma hamının
razılaşdığı bir fikir var. O da bundan ibarətdir ki, övlad
tərbiyəsində ən mühüm rolu valideynin şəxsi nümunəsi
oynayır. Hamımız buna şahidik ki, ailədəki uşaqlar öz ata-
analarını təqlid etməyi xoşlayırlar. Dəfələrlə öz uşaqlarımızın
dilindən eşitmişik ki, onlar da böyüyəndə bizə oxşamaq
istəyirlər. Məsum körpənin qəlbindən süzülən bu fikir, yəni
valideynə bənzəmək arzusu həm də valideynə öz məsuliyyətini
xatırlatmaq üçün bir xəbərdarlıqdır.
Ata və ya ana öz övladını nə cür görmək istəyirsə, onun
gözləri qarşısında özü də o cür görünməlidir. Valideyn bir