Page 16 - Islamic Studies 06
P. 16
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /15
Allah-Taala buyurur:
“Ramazan ayı insanların bələdçisi, aşkar hidayət
dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran
Quranın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı
görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc
tutmalıdır.Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə
bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc
tutmalıdır).Allah sizin üçün asanlıq istəyir, sizin üçün
çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş
miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət
etməsinin şükrü olaraq "təkbir" deyərək Allahı əzəmətli
sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz.”
1
Başqa bir ayədə Uca Allah buyurur: “Allah (müvəqqəti
evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük
gətirmək istəyir. İnsan (nəfsinin istəkləri müqabilində) zəif
və aciz yaradılmışdır.”
2
Həmçinin İslam dini insanlara həmişə orta yolu seçməyi
bildirmiş, şiddətli olmağı və həddini aşmağı qadağan
etmişdir.
Allah Təala buyurur:
“(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi
orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik
ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu
Peyğəmbər də sizə şahid olsun. Biz sənin əvvələr üz
tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan
1 -Əl-Bəqərə surəsi ayə185
2 -Ən-Nisa surəsi ayə28