Page 15 - Islamic Studies 06
P. 15
Qadının zərafəti, qadının gücü./14
haqqında buyurur: “Pis əməlləri onun üçün zinətlənmiş olan
və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin
kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib
dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar
və istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə
olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah
1
onların nə etdiklərini biləndir.”
Başqa bir ayədə Allah-Taala buyurur: “Belə isə məgər
(işləri) öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində olan
kəslər (möminlər kimi ağıl və şəriətə əsaslananlar) pis əməlləri
özlərinə gözəl göstərilən və öz nəfsi istəklərinə tabe olan
2
kəslər kimidirlər?!”
Uca Allah həmçinin buyurur: “Belə isə, məgər (yolun
enişli-yoxuşlu olması üzündən) yıxılaraq və üzü üstə sürünərək
yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə
düzgün yolda gedən şəxs?! (Daim küfr və pozğunluq
sapqınlığında həyat yolu gedən kafir, ya dinin düz yolunda
3
imana söykənən bir mömin daha artıq hidayət olunmuşdur?!)”
Məlum olduğu kimi İslam dini həmişə fitnə fəsadın
əleyhinə olmuş və onunla mübarizə aparmışdır. Çünki İslam
dini rəhmət və mərhəmət dinidir: Uca Allah Qurani-Kərimdə
sonuncu Elçisi Muhəmmədi (s) insanlara rəhmət olaraq
göndərdiyini bildirmişdir.
1 - Fatir surəsi ayə8
2 -Məhəmməd surəsi ayə 14
3 -Əl-Mülk surəsi ayə22