Page 133 - Islamic Studies 06
P. 133

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /132

               münasibətlər vaxtında valideyni ciddi düşündürməlidir. Evdəki
               mebellərə qayğı göstərən uşaq avtobusdakı oturacaqları kəsir,
               məktəbdə pəncərə şüşəsini sındırır, ictimai yerdə tum çırtlayıb
               yeri zibilləyir və s.
                   Ana onun uşağının hərəkətlərinə irad tutan vətəndaşların,
               icti¬maiy¬yətin  "acığına”  oğluna  tapşırır  ki,  onların
               dediklərinə  qulaq  as¬ma¬sın.  Yaşlı  adamın  ayaq  üstündə

               durduğu  halda,  uşağın  avto-  bus¬da  və  qatarda  əyləşməsi,
               özünü  görməzliyə  vurması  bizi  narahat  edir.  Lakin  valideyn
               özü buna şərait yaratdıqda vəziyyət daha dö¬zül¬¬məz olur.
               Burada  valideyn,  ilk  növbədə,  pedaqoji  cəhətdən  düz¬gün
               hərəkət etmir. İkincisi, o, öz övladına etinasızlıq, saymazlıq və
               la¬qeydlik  kimi  mənfi  keyfiyyətlər  aşılayır.  İnsan  anadan
               olduğu  gün¬¬dən  ömrünün  sonuna  kimi  tərbiyəvi  təsirlərin
               əhatəsində yaşa¬yır.
                   Bunun  üçün  valideynlər  uşağı  ilk  gündən  elə  tərbiyə
               etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac
               qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə,
               kollektiv,  ümu¬miyyətlə,  xalq  üçün  ağır  yükə  çevrilməsin.
               Böyüməkdə olan nəslin tələbat – motivasiya sahəsinin, əxlaqi
               şüurun  formalaşmasına  xüsusi  diqqət  yetirilməlidir.  Uşaqda
               özü  haqqında  aydın  təsəvvür  yaradıl¬ma¬lıdır.  Belə  ki,  o,
               özünün       müsbət      və    mənfi      keyfiyyətlərini      düzgün
               qiymətləndirməyi  öyrənməli  və  vaxtında  özünütərbiyə  ilə
               məşğul olmalıdır.
                    İndi isə uşaqlar barədə bəzi aforizmləri qeyd edərək qisaca
               izah etməyə çalışacam.
                   Övladlarınız  arasında  oğlanla  qıza  fərq  qoymayın;fərq
               qoymaq  lazım          gəlsəydi,mən  qızları        üstün    tutardım
               (Hz.Muhəmməd  s.ə.v.)  Təəssüflər  olsun  ki,  keçmiş
               zamanlardan  indiyə  kimi  ailədə  oğlan  övladına  üstünlük
               verilir,  qız  uşaqlarının  dünyaya  gəlməsini  istəmirlər.
   128   129   130   131   132   133   134   135   136   137   138