Page 173 - Islamic Studies 06
P. 173

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 172


               Eşqi  heç  bir  əqli  və  şəri  səbəb  olmadan  nifrətə  çevirmək
               Haqqın  neməti  qarşılığında  naşükürlük,  onu  qorumaq  isə
               dünya və axirət sevincinin qarantıdır.
                   2- Birbirinizə qarşı xoşrəftar və xoşəxlaq olun
                   Möhkəm  ailə  quruluşuna  sahib  olmağın  yollarından  və
               əsas amillərindən biri də, xoşrəftarlı olmaqdır. Allahın elçisi
               (s) buyurur: "Xoşrəftarlı olmaq, sevgini möhkəmləndirir."
                   Qadın  və  kişi  özlərinin  və  övladlarının  səadəti  naminə
               Quranın və rəvayətlərin təkid etdiyi bir çox əxlaqi məsələlərə
               riayət  etməlidirlər.  Gözəl  əxlaq  sahibi  olub,  əxlaqi
               çirkinliklərdən  qorunmaq  çətin  iş  deyil.  Əxlaqi  məsələlərə
               riayət etmək, az bir müddətdə əxlaqi çirkinliklərdən çəkinmək
               mümkün  olan  işdir.  Bu,  ilahi  yolu  asanlaşdırır,  ailəni
               möhkəmləndirir  və  qarşılıqlı  məhəbbəti  gücləndirir.  Bu,
               digərlərinə,  xüsusilə  də  ailənin  övladlarına  nümunəvi  əxlaq
               dərsi təsirini bağışlayır.
                   Əxlaqi  xüsusiyyətlərin  icrası  ailə  həyatına  səmimiyyət,
               əmniyyət, eşq və məhəbbət bəxş edərək, həyatı baldan da şirin
               edir.
                   Bu da, həm kişinin və həm də, qadının üzərinə düşən bir
               vəzifədir.  Anacaq  kişi  ailənin  rəhbərliyini  öhdəsinə  aldığı
               üçün,  dinimizdə,  xoşrəftarlı  olmaq  daha  çox  ona  tövsiyə
               edilmişdir. Ənəs ibn Malik rəvayət edir ki; Allahın elçisindən
               soruşdular: Hansı möminin imanı daha kamildir?
                   Buyurdu: "Ailəsi ilə yaxşı davranan şəxsin."
                   Başqa  bir  hədisdə  buyurur:  "Ən  imanlı  insanlar,  xoş
               xasiyyətli  olanlar  və  ailələrinə  qarşı  ən  mehriban  olanlardır.
               Mən  sizlərin  arasında,  ailəsi  ilə  ən  mehriban  davranan
               şəxsəm."
                   Bununla  belə  ki,  qadın  və  kişinin  qarşılıqlı  olaraq  bir-
               birilərinə  gözəl  davranması,  sağlam  ailə  quruluşunun
               yaranmasında  zəruridir,  Qurani-kərim  kişilərə  belə  buyurur:
   168   169   170   171   172   173   174   175   176   177   178