Page 175 - Islamic Studies 06
P. 175

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 174


                   Ailə üzvlərinin ilahi vəzifələri bir-birlərinə qarşı mülayim
               və səmimi davranmaqdır.
                   3- Birbirinizin hüquqlarına ehtiram qoyun
                   Möhkəm  ailə  quruluşunun  yaranmasına  xidmət  edən  ən
               əsas amillərdən və ər-arvadın qarşılıqlı vəzifələrindən biri də,
               bir-birilərinin hüquqlarına riayət etmələridir. Allahın elçisi (s)
               bu  haqda  belə  buyurur:  "Agah  olun!  Sizin  qadınlarınızın
               boynunda haqqınız var və qadınlarınızın da sizin boynunuzda."
                   İmam  Zeynül-abidin  (ə)  "Hüquq  risaləsi"ndə  buyurur:
               "Həyat  yoldaşının  haqqı  budur  ki;  sən  onun  Allah-təala
               tərəfindən  sənə  təskinlik  bəxş  edən  və  ünsiyyət  ,  bağlılıq
               yaratmaq  üçün  əta  olunduğunu  biləsən.  Bil  ki,  o,  Tanrı
               tərəfindən  sənə  bəxş  olunmuş  bir  nemətdir.  Deməli,  ona
               hörmət etməli və onunla mehriban olmalısan."
                   Kişinin  öz  həyat  yoldaşının,  ailəsinin  hüququnu
               qorumasına  o  qədər  təkid  olunub  ki,  Allahın  rəsulu  (s)  bu
               barədə  belə  buyurur:  "Ailəsinə  əhəmmiyyət  verməyən
               (məsuliyyətsiz davranan) şəxs, məlundur, məlundur!"
                    Başqa bir rəvayətdə buyurulur: "Kişinin ailəsinə laqeydlik
               göstərməsi, məsuliyyətsiz yanaşması günahı (onun cəhənnəmə
               getməsinə)  kifayətdir."
                   Həmçinin,  qadının  öz  ərinin  hüququnu  riayət  etməsi  o
               qədər  mühümdür  ki,  hətta  ona  cihad  savabı  belə  vəd  edilir.
               Allahın elçisi (s) buyurur: "Qadının cihadı ərə layiqli xidmət
               göstərməkdir."
                   İbn Abbas rəvayət edir: Ey Allahın rəsulu! Mən qadınların
               nümayəndəsi  kimi  sınin  yanına  gəlmişəm.  Qiyamət  gününə
               qədər mənim bu sözlərimi eşidən hər qadın seinər: Allah-təala
               həm  kişilərin  və  həm  də,  qadınların  Tanrısıdır.  Adəm  həm
               kişilərin və həm də, qadınların atasıdır. Həvva həm kişilərin və
               həm də, qadınların anasıdır. Allah-təala cihadı kişilərə vacib
               buyurub.  Əgər  onlar  döyüşdə  şəhid  olsalar,  Allahın  yanında
   170   171   172   173   174   175   176   177   178   179   180