Page 174 - Islamic Studies 06
P. 174
İslamın yayıldığı ilkin çağlar / 173
"Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər
onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran
hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə
tutmuş olsun."
İmam Sadiq (ə) buyurur: "Kişiyə evini və ailəsini idarə
etməkdə üç xislət lazımdır, hətta bu xüsusiyyətlər onda olmasa
belə (onları özündə yaratmalıdır): Xoş rəftar, ifrat etmədən
əliaçıq olmaq və namusunu qorumaq üçün qeyrət sahibi
olmaq."
Ailədə bir-biri ilə mülayim, yumşaq davranmaq İslamın
göstərişi olmaqla yanaşı, böyük bir savaba malikdir. Həzrət
Peyğəmbər (s) buyurur: «Mülayimcəsinə keçinmək bərəkət,
kobudluq isə bədbəxtlik və nəhslik gətirər».(Həmən mənbə)
Rəsulullah buyurdu: «Sizə cəhənnəm odu haram olan kimsəni
tanıtdırımmı?». Məclisdəkilər «Bəli»-deyə cavab verdilər.
Həzrət (s) buyurdu: «O, mülayim, insaniyyətə yaxın,
yumşaqxasiyyət və hər şeyi asanlaşdıran şəxsdir».(Həmən
mənbə)
Musa (ə) Allah-təalaya ərz etdi: «Pərvərdigara! Heç kəsin
pislik görmədiyi, hamıya yaxşılıq edən şəxsin mükafatı
nədir?» Xitab olundu: «Qiyamət günü od həmin şəxsə
deyəcək: «Sənin mənə tərəf yolun yoxdur».(Həmən mənbə,
səh. 53-54.)
Həzrət Peyğəmbərdən (s) soruşdular: «İslamın ən gözəl
tapşırığı hansıdır?» Rəsulullah (s) buyurdu: «Bütün
müsəlmanların onun əlindən və dilindən amanda
qalması».(Həmən mənbə.)
Peyğəmbəri-əkrəm (s) buyurur: «Allahın və Onun
rəsulunun yanında iman, mülayimlik və bəndələrlə yaxşı
davranmaqdan da gözəl bir əməl yoxdur və Allahın və Onun
rəsulunun yanında şirkdən və Allah bəndələri ilə kobud rəftar
etməkdən də pis bir əməl yoxdur».(Həmən mənbə, səh-65.)