Page 192 - Islamic Studies 06
P. 192

İslamın yayıldığı ilkin çağlar / 191

               yol verir ki, insan təəccüb etməyə bilmir. Misal olaraq qeyd
               etmək  lazımdır  ki,  papanın  yalnız  xüsusi  papaq  və  geyimini
               satsalar,  dünyada  yaşayan  milyonlarla  acı  doyurub,  aclıqdan
               xilas etmək olar.
                   Sərvət toplamaq, sələmçilik, günün günortaçağı baş verən
               böyük  miqyaslı  oğruluqlar  və  digər  bu  kimi  rüsvayçılıqlar
               Allah düşmənlərinə məxsusdur. Haqqın dostları özlərini onun

               istəkləri  ilə  uyğunlaşdırmalı,  israf  və  lazımsız  xərclərdən
               qorunmalıdırlar.
                   Bütün  bunlar  təqva  sayəsində  müyəssərdir.  Təqva  ilə
               zinətlənmiş ev, təqvalı qadın və kişi ilahi xəzinəyə malikdirlər.
               Onların həyatı başdan-başa səmimiyyət, əmniyyət, insaf, rifah
               və bu kimi insanın rahat yaşaması üçün zəruri olan səciyyəvi
               xüsusiyyətlərlə zəngindir.
                   Ev və məbəd insanın aramlıq, əmniyyət hiss etdiyi məkan
               və  öz  məşuqu  olan  Haqqın  tərəfinə  pərvazlanmaq  üçün  bir
               vasitə olmalıdır.
                   Bir  sözlə,  ailənin  təməlini  təqva,  qənaət,  Tanrıya  və
               qiyamətə diqqət yetirmək əsasında qurmaq mümkündür. Belə
               ki,  axirətin  abadlığı  və  Haqqın  razılığının  cəlbi  üçün  bir
               vasitəyə çevrilsin.
                   Bu  gün  də  təqva  və  qənaət  yolu  ilə  az  gəlirlə  yaşamaq
               mümkündür.  Əlbəttə,  bu  yolda  hər  hansısa  bir  problem
               meydana  gələrsə  və  mömin  şəxs  az  gəlirlə  bu  problemin
               qarşısını ala bilməzsə, digər möminlərin vaxtı itirmədən öz din
               qardaşlarının  yardımına  tələsmələri,  onu  bu  problemin,
               çətinliyin çəngindən xilas etmələri vacibdir.
                   10-  Razılıq (İlahi qəzavü-qədərə razı olmaq)
                   Kişinin  ailəsinin  rifahı  üçün  çalışması,  ona  xas  olan
               vəzifələrdən  biridir.  Amma  onun  bu  yolda  sərf  etdiyi
               zəhmətlər, bəzən gözlənilən nəticəni vermir. Bununla da, ailə
               həyatı maddi və qeyri-maddi problemlərlə üzləşir. Bax, elə bu
   187   188   189   190   191   192   193   194   195   196   197