Page 231 - Islamic Studies 06
P. 231

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 230

               Dünya alimlərinin Quran barəsində söylədikləri
                   1.  Doctor  Henry  Corbin,  tanınmış  fransalı  islamşünasın
               Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir:
                   “Əgər Quran xürafat olsaydı, Allah tərəfindən göndərilmiş
               olmaz və heç vaxt bəşəriyyəti elmə və düşüncəyə dəvət etməyə
               cürət  edə  bilməzdi.  Heç  bir  düşüncə  Məhəmmədin  Quranı
               qədər  insanı  elmə  dəvət  etməmişdir,  Quranda  950-yə  yaxın

               ayədə yalnız elm, ağıl və fikir barələrində söz açılmışdır.”
                   2. Ernest Renan, tanınmış fransalı filosof yazır:
                   “Mənim kitabxanamda siyasi, ictimai, ədəbi və.s. müxtəlif
               mövzularda minlərlə kitab var və onların hər birini bir dəfədən
               artıq oxumamışam. Amma bir kitab vardır ki, həmişə mənim
               munisimdir,  hər  dəfə  nədənsə  sıxıldıqda  və  ya  mənəviyyat,
               kamal  qapılarının  üzümə  açılmasını  istədikdə,  o  kitabı
               oxuyuram  və  o  kitab  Quran  –  müsəlmanların  səmavi
               kitabıdır.”
                   3. Mahatma Gandhi, Hindistanın mərhum liderı yazırdı:
                   “Quran  elmlərini  öyrənməklə,  ictimai  mövqeyindən  asılı
               olmayaraq  hər  bir  şəxs  vəhyin  sirlərini,  dinin  hikmət  və
               fəlsəfəsini  dərk  edə  bilər.  Quranda  insanların  din  və
               məzhəblərini  dəyişmələrinə  dair  heç  bir  məcburiyyət
               görülməmişdir, əksinə olaraq Quran aşkarcasına elan edir:
                     نیِّدلا يِف هارْكإ َلا…
                            َ َ ِ
                    ِ
                   “Dində (İslamda) hər hansı bir zorakılıq və icbar yoxdur.”
                   4. Vil Dyurant, amerikalı şərqşünas alim yazır:
                   “Quranda  qanunla  əxlaq  ayrılmazdır.  Quran  baxımından
               dini  davranışlar  dünyəvi  davranışları  da  əhatə  edir.  Bütün
               bunlar  Allah  tərəfindən  vəhy  vasitəsi  ilə  göndərilmişdir.
               Quran,  hər  hansı  bir  adət-ənənəyə  tabe  olmayan  azad  və  ən
               sadə insanların belə asanlıqla dərk edə biləcəkləri ideologiyanı
               vücuda gətirir.”
   226   227   228   229   230   231   232   233   234   235   236