Page 235 - Islamic Studies 06
P. 235
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 234
«Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir
Quran eşitdik. O, [xalqa] haqq yolu göstərir. Biz ona iman
gətirdik».
Quranla danışanların sözü kəsərli və məntiqli olacaqdır.
Onunla qəzavət edən şəxsin çıxardığı hökm ədalətli, öz
əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə
nəticələnəcəkdir. Hər kim insanları Qurana doğru çağırarsa,
onları haqqa hidayət etmiş olar.
Nəsihətlərin sonunda Əli (ə), Harisə bu sözləri buyurdu:
«Ey Əvər, bu hədisi məndən yadigar saxla.» (Sünən Darəmi,
2/435, Səhih Termizi, 11/30).
Hədisin izahı:
Hədisdə bir neçə maraqlı mətləbə toxunulur:
«Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə
edir.» Burada bir neçə mətləb nəzərə çarpır:
a) Bəlkə də «gələcəkdə baş verən əhvalatlar» deyildikdə,
qiyamət günü nəzərdə tutulur. Çünki, Quranın bir çox
ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq
sorğu-suallara, onların gördükləri işlərə müvafiq olaraq
mükafatlandırılıb-cəzalandırılacaqlarına əhəmiyyət
vermələrinə xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli
(ə)-ın buyurduğu «Quranla siz bütün ixtilaf və
qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Quran sizin axirət
dünyanızı və öldükdən sonra bir daha diriləcəyinizi belə bəyan
edir» sözləri bir daha bunları sübuta yetirir.
b) Bəlkə də «gələcək» deyildikdə məqsəd, Quranın gələcək
hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki, bir
çox hadisələr Quran ayələri nazil olduqdan sonra baş
vermişdir.
v) Bu barədə verilən üçüncü nəzəriyyə Quranın keçmiş
qövm və millətlər barəsində xəbər verməsidir. Quran onların
keçmiş tarixinə nəzər salaraq gələcək millət və nəsillərin bu