Page 256 - Islamic Studies 06
P. 256
Nəhcül-bəlağədə vəhdət prinsipi / 255
Nəticə
Fəlsəfə ümumi bir elm olduğundan onun üçün xüsusi bir
tə’rif və mövzu göstərilməmişdir. Bu mərhələdə İslam
mütəfəkkirləri fəlsəfəni aşağıdakı hissələrə bölmüşlər:
1.Nəzəri fəlsəfə; Bu növ fəlsəfə əşyanın olduğu kimi
tədqiqinə varır, onun malik olduğu kəmiyyət və keyfiyyətləri
araşdırır. Nəzəri fəlsəfə də öz növbəsində üç hissədən
ibarətdir:
a) İlahiyyat; ali təbəqəli fəlsəfə. Bu fəlsəfənin mövzusu
ümumi şəkildə varlıqdır. Başqa sözlə desək, bu fəlsəfə var olan
hər bir şeyin kim və ya nə olduğundan asılı olmayaraq,
ümumilikdən söhbət açır. Demək, bizim düşündüyümüzün
əksinə olaraq «İlahiyyat» fəlsəfəsi, təkcə «Allahın»
varlığından danışmır. Lakin «Allah» məfhumu bu elmin ən ali
mövzusu olduğu üçün «İlahiyyat» adı ilə tanınmışdır.
b) Riyaziyyat; orta təbəqəli fəlsəfə. Bu fəlsəfə isə əşyaya
hakim olan riyazi qanunlardan bəhs edir. Cəbr, Həndəsə və
Musiqi1 elmləri bu hissənin əsas bölümləridir. Cəbr ədədlərə,
Həndəsə xətlərə, Musiqi isə səs və notlara hakim olan riyazi
qanunları təsdiq edir. Bu elmlərin əsas və ortaq olmaq şərti ilə
iki xüsusiyyəti var. Əvvəla, burada qanunların şamil olduğu
mövzular yalnız xarici aləmdə müəyyən maddi predmetə
bağlanır. Zehni təsəvvürdə isə onları müəyyən maddi predmetə
bağlamaq zəruri deyil; məsələn: 3, 5, 10 rəqəmləri xarici
aləmdə, yalnız maddi predmetlərin (ağac, ev, daş və s.)
əsasında özlərini göstərirlər. Zehni təsəvvürdə isə bu zərurət
aradan gedir. İkinci xüsusiyyət isə bu elmlərdə qanunların
riyazi və dəyişməz olmasıdır.
v) Təbii və fiziki elmlər; aşağı təbəqəli fəlsəfə. Bu hissəyə
aid olan fəlsəfə əşyanın təbii və fiziki fəlsəfələrini araşdırır.