Page 257 - Islamic Studies 06
P. 257
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 256
Fizika, kimya, fiziologiya, biologiya və s. kimi elmlər buraya
daxildir.
2.Əməli fəlsəfə, yaxud əxlaq və hüquq fəlsəfəsi; bu fəlsəfə
insanın əməl və hərəkətləri haqda söhbət açır, rəftarının yaxşı
və ya pis olduğunu açıqlayır. Bu növə Əxlaq, Ailə hüquqları,
Hüquq və Siyasət daxildir.
Müsəlman alimləri fəlsəfənin növləri arasında nəzəri
fəlsəfənin birinci hissəsinə, yə’ni «İlahiyyat»a tədricən daha
çox üstünlük verməyə başladılar. İslam filosofları bu elmlə
daha ətraflı maraqlanır, nəzəriyyələr irəli sürürdülər. Beləliklə,
əvvəllər ümumi ad olaraq bütün əqli elmləri şamil edən fəlsəfə
müsəlmanlar arasında «İlahiyyat» kimi qəbul olundu.
Qeyd etdiyimiz kimi, «İlahiyyat» varlıq aləmini qeydsiz-
şərtsiz araşdırır. Bu elmin mövzusu konkret şəkildə nə maddə,
nə də metafizikadır. Varlığın, yaxud «vücudun» ümumi
qanunları, xüsusiyyətləri və s. bu elm vasitəsilə açıqlanır.
Yə’ni, misal üçün hər hansı bir maddəni götürsək, onunla bağlı
olan «səbəbiyyət» qanunu bizim üçün aşkarlanar. Burada
söhbət maddənin bir nəticə kimi hansı səbəbdən vücuda
gəlməsi, yaxud da bir səbəb kimi hansı nəticələr
doğurmasından gedir. Bu qanunun (Səbəbiyyət) həmin
maddəyə hakim olması onun maddə olduğundan irəli gəlmir.
Sadəcə, maddənin «mövcud olması» onun bu qanunla əlaqəli
olduğunu açıqlayır. Lakin bu maddənin qeyri-üzvi, elastik və
radioaktiv olub-olmaması, bilavasitə onun maddə olması ilə
bağlıdır. Beləliklə, birinci qanun (Səbəbiyyət) fəlsəfənin,
sonrakılar (qeyri-üzvilik, elastiklik, radioaktivlik) isə fizikanın
mövzularıdır.