Page 269 - Islamic Studies 06
P. 269
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 268
“Allah tərəfindəndir!” deyə cavab verərdi. Həqiqətən, Allah
istədiyi şəxsə hədsiz ruzi verər!
Həzrət Məryəm İsa(ə)-ı dünyaya gətirdikdən sonra,
zəifləyib, haldan düşdü. Allah-təala onun üçün cənnətdən bir
xurma ağacı nazil etdi və buyurdu: “Ya Məryəm! Dur ağacdan
meyvələrdən dər ye! Məryəm dedi: İlahi, İsa(ə) dünyaya
gəlməzdən əvvəl Sən meyvələri mənim qarşıma göndərərdin.
Lakin İsa(ə) dünyaya gəldikdən sonra mənə bu zəhməti
verməyin səbəbi nədir?
Allah-təala buyurdu: “Ey Məryəm! Nə qədər ki, İsa(ə)
dünyaya gəlməmişdi sənin qəlbində tamamilə Mənim
məhəbbətim var idi. Lakin İsa(ə) dünyaya gəldikdən sonra
sənin Mənə olan məhəbbətin azaldı və qəlbində İsa(ə)-ın
məhəbbəti yer tutdu. Ona görə də Mən sənə bu kimi zəhmətləri
verirəm.
İnsan gərək Allaha qarşı məhəbbətini çoxaltsın. Hədislərdə
vardır ki, hər kəs bilmək istəsə ki, Allah onu nə qədər istəyir
və Allah yanında nə qədər qiyməti olduğunu bilmək istəsə,
baxıb görsün ki, özü Allahı nə qədər istəyir və Allaha nə qədər
qiymət qoyur.
Həzrət Musa(ə) Allaha xitab etdi: İlahi, mən sənə qarşı öz
məhəbbətimi xalis etmişəm və səndən başqa heç kəsin
məhəbbətini qəlbimə girməyə icazə verməmişəm. Allah-təala
buyurdu: “Ey Musa! Çarıqlarını çıxart! Sən müqəddəs bir
məkandasan!”
Bu ayədə “çarıqlarını çıxart” sözünün mənası hədislərdə
belə gəlmişdir. “Ey Musa! Qəlbindən övladının, dünyanın və s.
məhəbbətlərini çıxart”
İnsan əgər Allahın məhəbbətini qazanmaq naminə
dünyanın, övladın, mal-dövlətin və s. məhəbbətini qəlbindən
çıxara bilərsə, demək Allahın məhəbbətini qazanmış olar.