Page 299 - Islamic Studies 06
P. 299

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 298

                   Görün, ailə qurmaqda necə də ülvi dəyərlər var. Ailə quran
               qadın  və  kişiyə  nə  qədər  mənfəət  nəsib  olur  və  İslam  ailə
               qurmağa necə böyük əhəmiyyət verir.


                   Kaş,  ailələr  bu  ilahi  və  insani  işin  asanlaşması  yolunu
               açaydılar.  Çətinləşdirmələri,  imkan  xaricində  olan  işlərin
               həyata  keçirilməsi  cəhdlərini  aradan  qaldıraydılar.  Bu
               mərasimi  özlərinə  münasib  şəkildə  həyata  keçirəydilər.
               Qənaətlə, mümkün  olan  yolu  keçəydilər. Nəticədə, qızlar  və
               oğlanlar  öz  təbii  meyllərinə  çatar,  arzularını  həyata  keçirər,
               haqqın  neməti  olan  şəhvət  və  qərizələri  nemətin  küfrünə
               çevrilməz  və  onların  pak  qəlbləri  günah  və  harama  aludə
               olmazdı.

                   Arzu və amalların ürəkdə qalması, şəhvət və qərizələrin öz
               yolunu azması, günah və aludəçiliyin artması, öz cinsi tələbini
               müxtəlif yollarla doyurma, zina, gözlərin başqalarına dikilməsi
               və günaha meyllilik, digərlərinin namusuna təcavüz, ibadətdə
               tənbəllik  və  təhsildə  süstlük,  əsəb  və  psixoloji  xəstəliklərin
               meydana gəlməsi və digər bu kimi ictimai və fərdi bəlaların
               kökü haradandır?

                   Bütün bu sualların cavabını ilk növbədə izdivac məsələsini
               çətinləşdirən, yanlış adət-ənənələrin əsirinə çevrilən, digərləri
               ilə bəhsə girən valideynlərdən, ikinci növbədə təqvadan kənar
               olan oğlan və qızlardan, üçüncü növbədə isə cavanların izdivac
               yolunu  açmaq  imkanı  olub,  lakin  Allah  yolunda  pul
               xərcləməyə ürəyi gəlməyənlərdən soruşmaq lazımdır. Əgər bu
               dünyada hər  hansısa  bir  qəbul olunan  məntiqi  və  əqli  cavab
               varsa,  yəqin  bilsinlər  ki,  o  dünyada,  qiyamətdə    ilahi  ədalət

               məhkəməsində  də  həmin  cavabı  verməli  olacaqlar«Özünüzü
               və əhli-əyalınızı oddan qoruyun» .
   294   295   296   297   298   299   300   301   302   303   304