Page 82 - Islamic Studies 06
P. 82

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /81

               Giriş


                     Evlilikdə kişi və qadın instinktlər, ayinlər, simvollar və
               məhəbbətdən doğan simvolik bir güclə bir-birinə cəlb olunur

               və ailə ünvanında dinamik bir vahid yaratmaqdan ötrü könüllü
               surətdə bir-birlərinə tam təslim olurlar.1

                     Hələ evli olmayan bir kişi yalnız özünü və ehtiyaclarını

               düşünür, bir halda ki, evləndikdən sonra həyat yoldaşının və
               uşaqlarının  müxtəlif  ehtiyaclarını  ödəmək  məsuliyyətini  də

               daşıyır.  O,  ailə  ocağının  isinməsi  və  səmərəli  bir  ailəyə
               çevrilməsindən  ötrü  ailə  üzvlərinin  maddi  və  mənəvi
               ehtiyaclarını  ödəmək         məsuliyyətini  yerinə         yetirməyə
               çalışmalıdır.


                     Ayrıca, ata evində yaşayan subay bir qızın subay həyatı
               boyunca yalnız məhdud vəzifələri və məsuliyyətləri var, ancaq

               ailə qurduqdan sonra qısa müddətdə həyat yoldaşı, ardınca da
               ana olmağın mühüm və böyük məsuliyyətini öhdələnəcək və
               ana  səmərəli  bir  həyat  yoldaşı,  faydalı  ana  sayılması  üçün

               şəxsi  ehtiyaclarından  əlavə,  digər  ailə  üzvlərinin  də
               ehtiyaclarını qarşılamalı, bu minvalla öz ailəsini səmərəli bir
               ailəyə,  müsbət  göstəriciləri  olan  bir  ailəyə  çevirməyi
               bacarmalıdır.












               1  Landis 1975, Əhmədi, Mərzabadi və Molla Zəmaninin nəqlinə əsasən, 2005.
   77   78   79   80   81   82   83   84   85   86   87