Page 77 - Islamic Studies 06
P. 77

Qadının zərafəti, qadının gücü./76

                   İslamın  əziz  Peyğəmbəri  (s)  qızı  Fatiməyə  (ə)  ehtiram
               etməklə başqalarına nümunə olmuşdur. O, başqa bir yerdə də
               buyurur: “Övladlarınıza hədiyyə verərkən ədalətə riayət edin!

               Oğlanlara,  yaxud  qızlara  hədiyyə  verməkdə  tərəddüd
                                                               1
               edərsinizsə, bu zaman qızları tərcih edin!”

                   Qadını  əşya  hesab  edən  və  ona  heç  bir  dəyər
               verməyənlərin  əksinə  olaraq,  əziz  Peyğəmbərimiz  (s)  belə
               buyurub:  “Sizlərdən  ən  üstününüz  həyat  yoldaşına  və  qızına
                                         2
               mehriban olanınızdır.”

                   Peyğəmbərdən  (s)  sonra  onun  canişinləri  olan  məsum
               İmamlar  (ə)  da  qadına  ehtiram  göstərməkdə  və  onu

               dəyərləndirməkdə xüsusi təkid nümayiş etmişlər. İmam Sadiq
               (ə)  buyurub:  “Qadınların  ən  yaxşısı  nemətlərin  qarşısında
               şükür  edən,  kasıbçılıq  zamanı  isə  buna  dözənlərdir.”  O

               həmçinin buyurur: “Qadınlara daha artıq ehtiram edən kişinin
               imanı da çox olar.”
                                     3

                   Bu  qadına  verilən  şəxsi  və  insani  dəyərin  ən  yüksək
               zirvəsidir.

                   Müqəddəs  İslam  dininin  peyğəmbəri  Həzrət  Muhəmməd

               (s)  özünəməxsus  rəftarı  ilə  kişilər  kimi,  qadınlara  da  dəyər
               vermişdir.  Belə  ki,  beyət  məsələsində  kişilərlə  birlikdə
               qadınlar da iştirak edib və səs vermək hüququna malik olublar.

               Bəzi  rəvayətlərə  əsasən,  dünya  xilaskarının  zühuru  və


               1 . "Kənzul-ummal”, hədis 43546
               2 ."Mustədərəkul-vəsail”, Muhəddis Nuri, cild 14, səhifə 55
               3 . "Vəsailuş-şiə”, cild 12, səhifə 9
   72   73   74   75   76   77   78   79   80   81   82