Page 86 - Islamic Studies 06
P. 86

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /85

                     Buna görə, əksər cütlüklər evləndikdən sonra uşaq sahibi

               olmağı gözləyirlər və bu səbəbdən bir çox cəmiyyətlərdə əgər
               qadın sonsuzdursa, kişi yenidən evlənir və bəzən boşanmağa
               səbəb  olur.  Bəzi  qəbilə  cəmiyyətlərində  qadının  evlənmədən

               öncə  ən  azı  bir  uşaq  sahibi  olma  qabiliyyətini  sübut  etməsi
               tələb  olunur  və  bu  ibtidai  cəmiyyətlərin  bəzilərində,  qadın
               sonsuz olduğu təqdirdə, evlilik öz-özünə xitam verilir və hətta

                                           1
               boşanmaya gərək olmur.
                     Ayrıca, kişi sonsuzdursa, qadın yaşamağa davam etmək

               istəmir və həyat onun üçün çətinləşir, bəziləri övladdan ötrü
               ərlərindən  ayrılmağa  və  nəslinin  davamlılığını  təmin  etmək
               naminə başqası ilə evlənməyə üstünlük verirlər. Ayrılmağın və

               yenidən evlənməyin mənfi nəticələri var və bir çox ailə, uşağı
               böyütmək  sevincindən  məhrum  olmamaq  üçün  körpəni
               övladlığa  götürür.  Bəzi  vəziyyətlərdə,  bir  çox  ailə,  bir  sıra
               mövcud  məsləhətlərdən,  habelə  ayrılmağın  və  yenidən

               evlənməyin  mənfi  nəticələrindən  dolayı  övlad  böyütmək
               sevincindən  məhrum  qalmasın  deyə  bir  uşağı  övladlığa
               götürür.


                   Qadın şəxsiyyətinin universal sistemi ailə funksiyasını da
               yerinə  yetirdikdə  formalaşır  və  kamilləşir.  Qız  ailə  qurana

               qədər yalnız öz qız rolunu oynayır, ancaq hələ inkişaf etməyib
               və  universal  şəxsiyyət  sisteminin  çatışmazlıqları  var.  Ancaq
               ailə  mərkəzində  olub  "həyat  yoldaşı  rolunu"  qəbul  etdikdən
               sonra  universal  şəxsiyyət  sisteminin  başqa  bir  hissəsi

               formalaşır və bu sistem "ana sistemi" olan şəxsiyyətin üçüncü

               1  Bəstan, 2004.
   81   82   83   84   85   86   87   88   89   90   91