Page 87 - Islamic Studies 06
P. 87
Evlilikdə hədəf və ölçülər /86
1
alt sisteminin formalaşması ilə tamamlanır. Qadın kimi
universal kişi şəxsiyyət sistemi də, ana və atanın alt sistemləri
meydana gəlməyincə, kişi bu xüsusda rolunu və funksiyasını
yerinə yetirməyincə tamamlanmayacaqdır.
Dini təlimlərdə sonsuz olmayan birisi ilə evlənməyə
tövsiyə olunur və hətta fərdləri çoxlu uşaq dünyaya gətirə bilən
2
qadınlarla evlənməyə təşviq edir. Hər halda, övlad sahibi
olmaq istəyi, uşaq tərbiyəsi, nəsillərin davamlılığı və şəxsiyyət
inkişafı, bəşər həyatının tarixi boyunca onun diqqət
mərkəzində olan evlilik və ailə təşkilinin ən vacib motiv və
hədəflərindəndir.
Münasibətləri genişləndirmə və təcrübə toplama
Evlilik başqaları ilə qohumluq əlaqəsi yaratmaqdan ötrü
bir vasitədir. Evlilik və ailə təşkili yolu ilə fərdlər başqaları ilə
münasibətlərini genişləndirir və övladları vasitəsilə bir nəslin
üzvləri arasında köklü əlaqə yaradırlar. Evliliyin
başlanğıcında, kişilər və qadınlar həyatın idarəsində və ailənin
səmərəliliyini qorumaqda elə də təcrübəli deyillər, bəzən də
həyatın kiçik və böyük stresləri ilə qarşılaşırlar. Həyatın
kontrolunda və streslə mübarizə təcrübəsi qazanmaqda
qohumların dəstəyi mühüm rol oynayır. İşlərlə bağlı məşvərət
və məsləhət, təcrübələrdən yararlanmaq və ailə həyatına dair
vacib bilgilər əldə etmək evliliyin və qohumluq əlaqələrinin
genişlənməsinin faydalarındandır. İslam qohumluq əlaqələrinə
1 Sübhani, 2003.
2 Hürr Amuli, Vəsail əş-şiə, c. 14, s. 33, ( لمنلف ًارقی ة یمج ، لء ح ااجوزت لا و ًلادالو ا ً رکب ااجوزت
د
ةولیقلا مای مولاا مکب لهلبا); Nuri, Mustədrək əl-vəsail, s. 178, ( الالا دودالا ااجوزت و).