Page 78 - Islamic Studies 06
P. 78
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /77
qiyamında kişilərlə birlikdə 50 nəfərə yaxın qadın da İmamla
(ə.f) çiyin-çiyinə döyüşəcək. Qurani-Kərimdə dəfələrlə
qadınların kişilərlə bərabər hüquqlu olduğu xatırladılır.
Quranda buyrulur: “Həqiqətən, Allah məhz müsəlman kişilər
və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və
qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və
qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və
qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb
yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və
Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə)
məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət)
1
hazırlamışdır!”
Qısa olaraq bunu deyə bilərik ki, müqəddəs İslam dinində
qadınlarla kişilər arasında olan bütün xüsusiyyətlər,
üstünlüklər, o cümlədən səbr, təvazökarlıq, iman və sədaqət
kimi sifətlər də bərabərhüquqludur. Bu isə qadınların da İlahi
məqam və kamillik dərəcəsinə çatmaqda qüdrət və istedad
sahibi olduğunun göstəricisidir.
1 . Quran: Əhzab surəsi, ayə 35