Page 83 - Islamic Studies 06
P. 83

Evlilikdə hədəf və ölçülər /82

               Evlilkdə ehtiyac faktoru

                     Burada belə bir sual yaranır ki, niyə kişi və qadınlar ailə
               qurmağın  özü  ilə  gətirdiyi  ağır  vəzifələrin  fərqində  olduğu
               halda, niyə yenə də sevgi və məhəbbətlə, nisbətən yüksək xərc
               hesabına evlənirlər? Başqa sözlə, insanların evlənməkdə hədəfi
               və marağı nədir?


               Cinsi ehtiyacların ödənməsi

                     İslamda  evliliyin  əsas  məqsədlərindən  biri  cinsi
               ehtiyacları     ödəməkdir.      İnsanda     güclü     cinsi    meylin
               mövcudluğunu  nəzərə  alsaq,  onun  ödənilməsindən  ötrü  təbii
               olaraq  əks  cinsə  yönələcək.  Belə  ki,  bu  ehtiyacların  üzə
               çıxması və kəskinləşməsi fərdi ən qısa müddətdə evlənməyə
               sövq  edir.  Yeniyetməlik  dövründən  cinsi  ehtiyaclar  insanda
               üzə  çıxır  və  tədricən  güclənir,  bu  halda  evlilik  o  ehtiyacları
               ödəməkdən  ötrü  qanuni  bir  yoldur.  İnsanlar  həmişə  cinsi
               münasibətlərini evlilik yolu ilə tənzimləmiş, qaydaya salmış və
               anarxiyanın (nizamsızlığın) qarşısını almışlar. Əksinə, bu təbii
               ehtiyacın  boğulması,  özünü  sıxmaq  və  rahibsayağı  yaşamaq
               insan  fitrətinə  ziddir,  İslam  təlimləri  tərəfindən  də  qəbul
               edilmir.1 Hidayət imamları (ə) evlənməyi rədd edənləri ciddi
               şəkildə qınayıblar.2 İslam hökmlərində nigah müstəhəb sayılır,
               evlənməmək səbəbindən günah işləyən şəxsə isə vacibdir.3








               1  Hürr Amuli, Vəsail əş-şiə, c. 4, s. 74, (  ماصا ،ةحم لا ةفیءحللب لءثعب نکل و ةینلبهرللب الله  لء سری مل
               حلکءلا لتءس نو   و لتء ب ّن تی ف لترطف ّبحا نمف ل ها س َ ملُا و ل  صا و).
               2  Nuri Təbərsi Hüseyn, Müstədrək əl-vəsail, c. 14, s. 155-156, ( عااخا باذعلا و مکباذی مکرارش

               نیطلیشلا عااخا نو     تنلف لاا و جوزت ،لهباذی لتوا رارش ،ن یطلیشلا); Hürr Amuli, Vəsail əş-şiə, c. 14,
               s. 7, (باذعلا مکلتاو  اذر).
               3   Subaylığından  dolayı  günaha  düşən  şəxsin  artıq  evlənməsi  vacibdir  (Xomeyni,
               Ruhullah, Risaleyi-tozihil-məsail, 2002).
   78   79   80   81   82   83   84   85   86   87   88