Page 85 - Islamic Studies 06
P. 85

Evlilikdə hədəf və ölçülər /84

               ən  yaxşı  platformadır  və  onun  əsas  hədəflərindən  biri  hesab

               olunur.  Təbii  və  instinktiv  olan  cinsi  təzyiqlər  yeniyetməlik
               dövründə  yayğındır,  gənclər  bu  ehtiyacı  idarə  etməkdə  çox
               vaxt     ciddi    problemlərlə      üzləşirlər,    habelə     əxlaqsız

               davranışların və şəriət xaricində olan rəftarların baş verməsinə
               münbit şərait onları incidir. İslam təlimləri güclü cinsi ehtiyacı
                                                                                     1
               və günaha düşmək ehtimalı olan fərdlərə evliliyi vacib etmiş
               və  boşanmanın  arzuolunmaz  nəticələrini  fərdin,  evlənməkdə
               səhlənkarlıq  edənlərin  və  ya  onun  reallaşmasına  mane
               olanların  diqqətinə  çatdırmışdır.  İslam  təlimlərində  açıq

               şəkildə əxlaqsız davranışların qarşısını almaq, iffəti gözləmək
               və fərdi, sosial cinsi əxlaqı qorumaq, evlilik və ailə təşkilinin
                                                                         2
               məqsəd və nəticələrindən biri olaraq göstərilmişdir.

               Nəslın davamlılığının təmin edilməsi
                     Bəşər  cəmiyyətinin  yaranması  və  yaşamının  davam
               etməsi  evlilik  və  ailə  təşkilinin  vacib  hədəflərindən  biridir.

               İnsan, bütün heyvanlar kimi, nəslinin davamlılığına maraqlıdır
               və uşaq sahibi olmaqdan, onları böyütməkdən zövq alır. Uşaq
               sahibi olmaq ailə ocağının istiliyinə, dinamikliyinə və səfasına,

               həyatı davam etdirmək marağına və hətta ər-arvad arasındakı
               ziddiyyətlərin  azalmasına  səbəb  olur.  Saleh  bir  övlad  sahibi
               olmaq valideynlər üçün yaxşı bir iş sayılır, belə ki, dünya və

               axirət səadətində təsirli olacaq.






               1  Nuri, Mustədrək əl-vəsail, 1-ci fəsil, (نیبنذملا نو تنلف لاا و جوزت); Hürr Amuli, Vəsail əş-
               şiə, c. 14, s. 52, (ریبک دل ف و ضرلأا لف ةءتف نکت ها عفت لاا و هجوزف هءید و ةق خ عا ضرت نو مکئلج اذا).
               2  Nuri, Mustədrək əl-vəsail, 1-ci fəsil, (ةجوزب هق ی ف ارهطو آ ً رهلط الله لق ی عا بحا نو).
   80   81   82   83   84   85   86   87   88   89   90