Page 88 - Islamic Studies 06
P. 88

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /87

               mənəvi və ilahi dəyər vermişdir, belə ki, Allah ilahi vəzifələri

               yerinə  yetirmək  məsuliyyəti  ilə  qohumlarla  münasibətlərin
                                                            1
               məsuliyyətini bir sırada qərar vermişdir.  İslam Peyğəmbəri (ə)
               də,  yaxınlarla  münasibət  qurmağı,  Allaha  imandan  sonra  ən

                                             2
               yüksək məqam saymışdır.

                   1.  Şəxsiyyətin təkamülü və inkişafı
                   Heç bir insan təkbaşına mükəmməl deyil, buna görə daima
               çatışmazlıqlarını  aradan  qaldırmağa  çalışır.  Yetkinlik  və
               gənclik  dövründən  sonra  gənc  qızlar  və  oğlanlar,  düşüncə
               müstəqilliyə  can  atarkən,  çatışmazlıqlarını  kompensasiya

               etmək və bir çox ehtiyaclarını ödəmək üçün evliliyə yönəldilir,
               onlar da uyğun bir həyat yoldaşı seçməklə təkamül və inkişaf

               amillərini təmin edirlər. Fərd ortaq həyatın mərkəzində olduğu
               zaman,  sevgi  və  ünsiyyət  sayəsində  yaxın,  səmimi
               münasibətlərdə  özünü  daha  da  məsuliyyətli  sayır,  müstəqil
               olur və həyatını hədəfli edir. Ortaq ailə həyatında kişi və qadın

               bir-birinin  təşviqindən,  dəstəyindən,  rəhbərliyindən  və
               yardımından faydalanır, həyat problemləri ilə üzləşdikdə həyat
               yoldaşından həmkarlığından kömək umur. Bu səbəbdən sadiq,

               ləyaqətli həyat yoldaşına sahib olmaq dünya və axirətə faydalı
                                                            3
               olan ən böyük ilahi nemətlərdən biridir.





               1   Nisa,  ayə  1:  Ey  insanlar!  Sizi  tək  bir  candan  xəlq  edən,  onun  özündən  zövcəsini
               yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadın  törədib  yer  üzünə  yayan  Rəbbinizdən
               qorxun!  Adı  ilə  bir-birinizdən  cürbəcür  şeylər  istədiyiniz  Allahdan  və  qohumluq
               əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.
               2  Məclisi, Bihar əl-ənvar, c. 71, s. 97, (  ؟ملاسلاا لضفا لو لنربخا هل  لو ص الله  اسر للا لجر  لج
               محرلا ة ص : لقف).
               3  Nəvvabi Nejad, 2001.
   83   84   85   86   87   88   89   90   91   92   93