Page 89 - Islamic Studies 06
P. 89
Evlilikdə hədəf və ölçülər /88
Cütlüyün mənəvi inkişafı və axirət xoşbəxtliyinə
qovuşması evliliyin ən vacib hədəflərindən biridir. Dini
mənbələrdə bir insanın dininin yarısını evliliklə tamamladığı
ifadə edilməsi, evliliyin bir inkişaf faktoru olduğunu göstərir.
Mənəvi kamillik isə insan həyatının, ələlxüsus da ailə
təşkilinin ən vacib və ən ali hədəfidir.
“Ailənin formalaşmasında başqa bir şeyin əvəz edə
bilməyəcəyi bir inkişaf var, ailə təşkili məktəbi xaricində
insanların əldə edə bilmədiyi bir əxlaqi keyfiyyət var ... Bu
dövrü keçməyən əxlaq və irfan ardıcılları ömürlərinin sonuna
qədər daxillərində bir növ xamlıq, bir növ uşaqlıq keçirmişlər.
İslamda evliliyin müqəddəs bir iş, bir ibadət sayılmasının bir
səbəbi də budur... Evlilik insanın təbii mənliyindən çıxışının
1
və şəxsiyyətinin böyüməsinin ilk etapıdır”.
Bir yetkinlik var ki, bu yetkinlik evlilik və ailə təşkili
xaricində tapılmır, məktəbdə tapılmır, nəfslə cihadda tapılmır,
gecə namazında tapılmır, salehlərə məhəbbətdə tapılmır;
"Buna yalnız burada [evlilik və ailə təşkilində] nail olmaq
lazımdır”.
2
Kişi və qadın evlənərək əxlaqlarını, iffətlərini daha yaxşı
qoruyurlar. Əxlaqi pozğunluq və cinsi aludəlik digər bir çox
3
əxlaqi pozğunluğun kökündə durur, həm də insanların mənəvi
təkamülündə uğursuzluq səbəbidir. Evlilik və cinsi ehtiyacların
lazımi şəkildə qarşılanması bu pozğunluqların qarşısını alır.
1 Mütəhhəri, 2003.
2 Mütəhhəri, 2003.
3 Nuri, Mustədrək əl-vəsail, c. 14, s. 154, )فرشا و فکا و جرف ل فیاو رصب ل ضغا اه).