Page 153 - Islamic Studies 07
P. 153
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 152
Nəticə
Qunanın nazil olması və peyğəmbərin zamanında bu müqəddəs
kitabın ayələrinin yığılması, insanı himayəsinin və islamda insan
haqqlarının sistemləşdirilməsinin başlanğıc nöqtəsidir. Peyğəmbər (s)-in
metodunun praktikaya salınması ilə təkmilləşdirici işlər görüldü və insan
haqqlarının sistemləşməsi yönündə böyük addımlar atıldı. İnsan
haqqlarına aid olan ayə və hədislər, islam hüququnda parlayan fəsil bir
fəsildir.
Əməvilərin İnhisarçılıq və qeyri insani rəftərlarının əleyhinə qiyam
edən Abbasilər, sonralar özləri daha da hiyləgər şəkildə eyni yolu getdilər.
Bu dəfə insanlar ayrıseçkiliyin və ehtiramsızlığın digər formaları ilə
qarşılaşdılar. Bəni Ümməyə xürafi ruhhiyə və milliyyətçilik kimi səhv
düşüncəyə malik olduqlarına görə insanların hüquqlarını pozurdusa, Bəni
Abbas isə, peyğəmbərin nəslindən olduğu düşünərək ayrıseçkiliyə yol
verdilər.