Page 157 - Islamic Studies 07
P. 157
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 156
Giriş
İslam tarixçiləri arasında geniş yayılmış rəyə görə Əli (ə)
Yəmən hökmdarı Əbrəhənin Kəbəyə doğru Fil yürüşündən otuz il
sonra Rəcəb ayının 13-də dünyaya gəlmişdir. Şeyx Mufid “ət-
Təhzib” əsərində yazır: “O həzrət Yəmən hökmdarı Əbrəhənin
Kəbəyə doğru Fil yürüşündən otuz il sonra Rəcəb ayının 13-də
Məkkə şəhərində, Kəbə evində anadan olmuşdur.”1
Hafiz Gənci Şafei “Kifayətut-talib” əsərində Hakim
Neyşaburiyə istinadən belə qeyd edir: “Əmirəl-möminin Əli ibn
Əbutalib Fil əhvalatından otuz il qabaq, Rəcəb ayının 13-də, cümə
axşamı Kəbə evində dünyaya gəlmişdir. Ondan başqa, nə ondan
əvvəl, nə də sonra heç kim orada dünyaya gəlməmişdir, O, bu şərəfə
nail olmuş yeganə insandır.”
İbn Şəhraşub “Mənaqib” əsərində Əbu Əli ibn Həmmamdan
belə nəql edir: “Fatimə bint Əsəd körpəni dünyaya gətirdikdən sonra
Əbutalib onun əlindən tutub Əbtəh vadisinə sarı gedərək deyir: “Ey
zülmət gecənin və parlaq ayın Rəbbi! Öz qəti hökmünlə bu körpənin
adını bizə bəyan et!” Bu vaxt yerdən buluda bənzər bir qaraltı qalxıb
Əbutalibin sinəsinə yapışır. Əbutalib görür ki, bu, yaşıl rəngli bir
lövhədir və üzərində yazılıb: “Sizə gözəl, pak, seçilmiş bir uşaq
verilib. Onun adı Əlidir və bu ad Əliyyul-Əlanın (Allahın) adından
götürülmüşdür.” Bəşər tarixində ilk və tək insan olaraq Kəbə evində
doğulan İmam Əlinin anası Fatimə bint Əsəd Kəbə evindən eşiyə
çıxarkən ona qeybdən belə bir səs gəlmişdi: “Ey Fatimə, bu uşağın
adını Əli qoy! Əzəmətli Allah buyurur ki, Mən onun adını Öz
adımdan seçdim, ona Öz ədəbimdən öyrətdim, Öz elmimi ona təlim
etdim...”2
Əgər biz insanlığın məna çalarlarının qəlb və ruhda
yarandığına inansaq, o zaman Əli ibn Əbu Talibin dünyaya gəlişinin
xeyirxahlıq missiyasına inam və onu müdafiə təməli üzərində
möhkəmləndiyini görə bilərik. Çünki Məhəmmədin böyüyüb boya-
başa çatdığı evin ruhu doğularkən təbii olaraq Əliyə keçmişdir.
1 - Şeyx Mufid “ət-Təhzib”, Darüt-təaruf, 1401 hicri-qəməri, birinci çap, səh. 26
2 - İbn Şəhr Aşub Məhəmməd ibn Əli Mazəndərani, Mənaqibi-Ali Əbi Talib,
Qum, əl-Mətbəətül-aləmiyyə, Tarixsiz, səh.68