Page 161 - Islamic Studies 07
P. 161
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 160
“Biz gecəni (hər şeyi bürüyən) örtük etdik. Gündüzü isə
dolanışıq (ruzi qazanmaq) vaxtı etdik.
İmam Əli (ə) idarəçiliyinin əsas prinsipləri
Əliyə görə, hakimiyyət Allahın bir fərdə həvalə etdiyi, həmin
fərdin və ona yaxın olan insanların da istədikləri qədər bu postda
qala biləcəkləri bir haqq deyildi. Belə ki, sonralar Əməvi və Abbasi
sülalələrinin hakimiyyət başında olduqları zamanlarda, orta əsr
Avropasında olduğu kimi, dövlət sülalə prinsipləri əsasında idarə
edilmişdir. Həmin dövrlərdə hökumət başçısı “Allahın yer üzündəki
kölgəsi” kimi təqdim edilirdi. Onlar xalqa təlqin etməyə çalışırdılar
ki, dövlət rəhbərinin iradəsi Allahın iradəsi, onun fərmanı göyləri
yaradanın fərmanıdır. Əsla ona qarşı getmək olmaz!..
Əliyə görə, dövlət xalqın haqqıdır, xalq istədiyini rəhbər seçə
və istədiyini tutduğu vəzifədən kənarlaşdıra bilər. Əli buyurmuşdur:
“Səni rəhbər seçdikləri və hamının onda ittifaq etdikləri zaman
xidmətlərində dur, ixtilaf yarandığı zaman təqdiri özlərinə burax”.
Başqa bir yerdə belə buyurmuşdur: “Diqqətli olun! Əgər haqq
olduğunu hesab etmirsinizsə, qəbul etməyin, yox, əgər haqq hesab
edirsinizsə, yardım göstərin! Haqq və batilin hər birinin öz
tərəfdarları vardır”.
Dövlət rəhbərinin iqtidar və nüfuzu faydası olan sosial
qanunların icrasından güc alır. Beyət xütbəsində Əli belə qeyd edir:
“Camaat, mən sizlərdən birinizəm, sizə dəyən xeyir və ziyan mənə
dəymiş olur, haqqın qarşısını heç nə ala bilməz”. Başqa bir
xütbəsində buyurmuşdur: “Camaat, and olsun Allaha, mən sizi əməl
etmədiyim heç bir itaətə dəvət etmirəm, sizlərdən əvvəl
çəkinmədiyim, uzaq durmadığım heç bir çirkinlikdən və günahdan
çəkindirmirəm”.
Buna görə də dövlət başçısına rəhbər olduğu üçün deyil,
ədalətli, faydalı və xeyirli, sosial qanun və hökmlərin icrasında
dəqiq olduğuna görə itaət göstərilməlidir.
Əlinin baxış bucağına görə, hakimiyyət rəhbərin özünün
doyunca istifadə edəcəyi, qohum-qardaşları, dostları və yaxınları
arasında bölüşdürəcəyi beytülmal və sərvətin üzünə açılan bir qapı
deyil. Hakimiyyət dövlət başçısının insanlar arasındakı bərabərliyi