Page 162 - Islamic Studies 07
P. 162
İmam Əlinin müdiriyyəti / 161
ən mümkün həddə reallaşdıran, hər bir fərdi zəhmət və əziyyəti
müqabilində qiymətləndirən, möhtəkirlik və istismarın qarşısını
alan, hər zaman və hər bir vəziyyətdə, hətta dövlət başçısının
bədxahlar tərəfindən qətlə yetirilməsi bahasına olsa da belə, haqq və
ədaləti diqqət mərkəzində saxlayan “ədalətin bərpası” üçün açdığı
bir qapıdır. Dövlət başçısı qəlbləri və ağılları xeyirxahlığa sövq
etməlidir. Bu xeyirxahlıq insanların əxlaqı, davranışı və həyat
tərzində sabit qaydalara çevrilməlidir. Hakimiyyət başına gəldikdən
sonra Əli məmurlarından birinə belə məktub yazır: “Amma sonra
hakimiyyət sənin üçün istifadə edəcəyin mal, intiqam alaraq
soyudacağın bir qəzəb vasitəsi olmamalıdır, vəzifən nahaqqı ortadan
qaldırmaq, haqqı yaşatmaqdır”.
Əlinin nəzərində hakimiyyət xalqın haqqını despot və
təcavüzkarlardan almaqdır, çünki “Allahın əli xalqladır”. Hökumət
dostluq, yoldaşlıq və yaxınlığa əsaslanmamalıdır. Əli xəlifəliyə bu
cür yanaşanların məntiqinə təəccüblənir və bu təəccübünü həqiqətin
özünə bənzər, qısa və lakonik, dərin məzmunlu, ritorik və sadə bir
cümlə ilə ifadə edir. İşlətdiyi bu cümlə sanki ruh və ağıldan
qaynaqlanan bir qığılcımı xatırladır: “Əcəba, görəsən, xəlifəlik
dostluq və qohumluqla şərtlənir?”
Əlinin nəzərində hakimiyyət fəxr mənbəyi, hər hansısa bir
sülalənin qədimdə malik olduğu mövqeyini yenidən qaytarması,
taxt-tac sahibi olması, xalqı qula çevirməsi üçün istifadə etdiyi bir
vasitə deyil: “Təvazökarlıq kimi ucalıq, elm kimi şərəf yoxdur”,
“Güzəşt və mərhəmət qohumluq hisslərindən daha mehriban bir
hissdir”.
Əlinin nəzərində hakimiyyət xalqı müti etmək üçün qılıncdan
keçirmək, yandırmaq, qarət etmək, qan tökməklə əldə edilən zorakı
və maddi qələbə ilə şərtlənmir. Mənəvi qələbə də insanların qorxu
və ümidlə dövlət başçısına tabe olması deyil. Çünki Əli Allaha
mükafat və ya əzab qorxusundan ibadət edən bir öndər deyil. Əli
Allaha ibadətə layiq olduğu üçün ibadət edir. Əlinin nəzərində
hökumət fərdi, sosial və bəşəri vicdanı diqqət mərkəzində saxlayan,
yalnız xeyirxahlıq üçün çalışan, görülən işləri qiymətləndirmək,
xeyirli və zərərli olduğuna qərar vermələri, təsdiq və inkar etmələri