Page 159 - Islamic Studies 07
P. 159
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 158
şərh və izaha ehtiyac duyulmayacaq qədər aşkar olan bir kəlamı
vardır:
“Əgər haqqın yolu ilə getsəniz, yollar sizə sevinc və fərəh bəxş
edər, aranızda ehtiyaclı qalmaz!”
Cahiliyyət dövrünün ərəblərinin rəzil həyatla
kifayətlənmələrini tənqid edərkən deyir: “Siz ərəblər daşların
arasında yaşayırdınız, çirkli su içirdiniz, pis yeməklər yeyirdiniz”.
Əli dadlı yeməklərə, yumşaq və zərif paltarlara, gözəl evlərə
nifrət etmədiyini açıq-aşkar ifadə edir. Bunlardan ona görə uzaq
durur ki, yoxsul və məzlumların olduğu bir cəmiyyətdə bu
vasitələrdən istifadə digərlərinin onlardan məhrum olması ilə
nəticələnir. Əlinin bu kəlamından belə başa düşülür ki, o, hər şeydən
əvvəl, insanların həyatın bütün imkanlarından kifayət qədər istifadə
etməsini istəyir. Cəmiyyətdə toxluq hissinin nə olduğunu bilməyən,
hətta bir tikə çörəyə də gümanı gəlməyən bir nəfər belə olmuş olsa,
həmin cəmiyyətin rəhbəri bu insanın çəkdiyi əziyyəti çəkməli, onun
kimi yaşamalıdır ki, bu aclıq və yoxsulluq kabusuna son qoya bilsin.
Əgər belə olmasa, rəhbərliyin, hökumətin heç bir dəyəri olmaz.
Əli buyurmuşdur: “Mənə müsəlmanların rəhbəri deyildiyi
halda onların çətin günlərinin həmdəm və ortağı olmayımmı?”
Əlinin nəzərində yoxsulluq və kasıblıq həmin dövrün ən ağrı-
acı verən cəhəti hesab edilmişdir. Qızının bayram günündə mirvari
boyunbağı taxmasına ona görə etiraz edir ki, başqa qızlar belə bir
boyunbağı taxmaq imkanına malik deyillər. Öncə də qeyd etdiyimiz
kimi, Əli qızının bayramların birində mirvari boyunbağı taxmasına
qarşı çıxır və icarəyə götürdüyü bu boyunbağını beytulmala geri
qaytarmasını tapşıraraq deyir: “Ey İbni Əbu Talibin qızı, haqq
yoldan uzaqlaşma, bayram günü ənsar və mühacirlərin bütün
xanımları bu cür zinət əşyaları taxacaqlar?”
Burada diqqət çəkən çox incə məqamlardan biri Əlinin “əyan
və əşrəfin xanımları” deyil, “bütün xanımlar” deməsidir...
Əli xalqın idarəçiliyini öhdəsinə götürdüyü ilk saatdan
vəzifəsinə məhz bu nöqtədən başlamışdır: “Bütün əhali çörək, su və
geyimlə təmin edilməlidir!” Bu davranış tərzi sosializm sisteminə
daha yaxındır.