Page 160 - Islamic Studies 07
P. 160

İmam Əlinin müdiriyyəti / 159

                     Əlinin fəaliyyətə bu nöqtədən başlaması təbii bir haldır. Çünki
               o, yaxşı bilirdi ki, Allahın insanları tənbeh etmək üçün qamçıları
               çoxdur.  Amma  onların  heç  biri  yoxsulluq  qədər  ağrıverici  deyil.
               Kəlamlarının birində demişdir: “Allah bəndələrini yoxsulluq qədər
               ağrılı qamçı ilə vurmamışdır”. Halbuki zahirdə özlərini zahid kimi
               göstərən bəzi riyakarlar zahidanə həyat tərzini təbliğ etmiş, insanları
               bu  cür  yaşamağa  rəğbətləndirməyə  çalışmışlar.  Əlbəttə,  onların
               bilərəkdən və ya bilmədən atdıqları bu addımlar, əslində, yanlışdır.
               Çünki Əli də Peyğəmbər kimi yoxsulluğa qarşı çıxmışdı, tərəfdarları
               və  davamçılarının  rəhbəri,  əməvilər  tərəfindən  qətlə  yetirilmiş
               böyük  inqilabçı  Əbuzər  Qəffarikimilər  bu  həyat  tərzinin
               səbəbkarlarına qarşı mübarizə aparmışlar.
                     Əli  çox  yaxşı  dərk  edirdi  ki,  yoxsulluq  bütün  üstün
               keyfiyyətləri  məhv  edəcək  dərəcədə  kafirliyə  vasitə  olur.  Bu
               səbəbdən də Əli hər yerdə, bütün meydanlarda yoxsulluqla mübarizə
               aparmış,  yoxsulluğa  aparan  yolların  qarşısında  səd  çəkmiş,
               yoxsulluğa səbəb olanların axırına çıxmağa çalışmışdır. Belə ki, Əli
               buyurmuşdur:  “Yoxsul  öz  vətənində  qəribdir!”  Həyatın  ən  ağrılı
               hadisəsi  ölümdür,  amma  Əliyə  görə  əziyyəti  yoxsulluqdan  azdır:
               “Ən ağır ölüm yoxsulluqdur”.
                     Əlinin  yoxsul  və  yoxsulluğun  yaxşı  olduğunu  təbliğ  edən
               münafiqin bədəninə endirdiyi bu qamçı nə qədər də müqəddəs və
               gözəldir. Bu zərbə vasitəsilə Əli onları odun samanı yandırıb kül
               etdiyi kimi məhv edir, gözləri önündə hiylə və kələklərini kökündən
               qoparır. O öz fikir zərbəsini belə ifadə edir: “Əgər yoxsulluq mənim
               qarşımda bir insan surətində təcəssüm edərsə, onu öldürərəm!”
                     Əli  ibn  Əbu  Talibə  görə,  cəmiyyət  heç  bir  ziddiyyətin
               olmaması,  əsasını  hüquq  və  vəzifə  ixtilaflarının  təşkil  etmədiyi
               gərəkən vahid bir bədəndir. Əli ibn Əbu Talibin olduğu cəmiyyətdə
               bir  üzv  ac,  başqa  bir  üzv  tox  olmamalıdır,  işləyən  üzv  mənfəət
               bölgüsündə  işsizlə  bərabər  tutulmamalıdır.  Əli  ibn  Əbu  Talibin
               həyatında elə bir gün olmadı ki, onu Allah bəndələrinə xidmətə sərf
               etməsin.  O,  hətta  ən  xırda  işə  belə  böyük  əhəmiyyət  vermişdir.
               Çünki  Allahın  bəndələri  kamil  yaranış  nümunələridir.  Əlinin
               insanlara və həyata baxışı Peyğəmbərin baxışı ilə eyni idi:
   155   156   157   158   159   160   161   162   163   164   165