Page 163 - Islamic Studies 07
P. 163
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 162
üçün dövlət başçısının fəaliyyətini xalqın nəzarətinə buraxan bir
vasitədir.
Hakimiyyət iqtidara gəldikdən sonra dövlət başçısının yalnız
öz fikir və rəylərini diktə etməsi deyil. Şura və məsləhətləşmə ən
ədalətli idarəetmə sistemidir. Xalqın dövlət başçısından yalnız
essensial olaraq bəzi fəaliyyətlərin müəyyən müddətə qədər gizli
saxlanılması istisna olaraq, “xalqdan heç nəyi gizlətməməyi, heç bir
addımı xalqın xəbəri olmadan atmamağı” tələb etmək haqqı vardır.
Xalqın bütün fərdlərinin xeyirlərinə və ziyanlarına olan bütün
fəaliyyətlərdə iştirak etmək hüquqları vardır. Bütün rəyləri nəzərə
almaq dövlət başçısının zəruri vəzifəsidir. Çünki bu rəylər arasında
rəhbərin ağlına gəlməyən, diqqətindən qaçan məqamların olacağı
danılmazdır. Əli buyurmuşdur: “Hər kəsin rəy və nəzərinə diqqət
yetirən şəxs yanlışlıqlarını tapar”. Yanlışlığa yol verdiyi məqamları
öyrənən şəxs isə səhvini düzəldə bilər. Deməli, xalqın fikir və
rəylərinin nəzərə alınması dövlət başçısının yerinə yetirəcəyi zəruri
bir vəzifədir. Xalq isə bu vasitə ilə dolayısı ilə idarəetmə işlərində
iştirak etmiş olur. Nəticədə dövlət fəaliyyəti peşmançılıqla
nəticələnmir. Əli bu gerçəkliyi heç bir izah və şərhə ehtiyac
duyulmayacaq bir dillə çatdırmışdır: “Məsləhətsiz işlərdə xeyir
olmaz”.
Dövlət başçısı xalqdan gizli bir addım atmamalı, xalqın xəbəri
olmadığı işə qol qoymamalıdır. Əli öz müdrik kəlamı ilə insanları
bu prinsipi ehtiva edən hüquqları ilə tanış edir: “Aydın və işıqlı
çırağın işığından işıq alın”.
Əli məktəbində xəlifəlik xalqdan uzaqlaşmaq, millətdən üz
döndərmək, diktatura, ümumi vəziyyətə əhəmiyyət verməmək, fərd
və cəmiyyətin ehtiyaclarını görməzdən gəlmək deyil. Xəlifəlik
dövlət başçısını xalqa yaxınlaşdıran, xalqa qarşı sevgi yaradan,
xəlifənin insanlar qarşısında təvazökarlığına səbəb olan, heç bir üzr
və bəhanəyə yer qoymayacaq şəkildə insanlara əhəmiyyət
verilməsini zəruri edən bir vasitədir.
Qeyd olunanlardan hər hansısa birinə riayət etmədiyi üçün
xalqın qəzəbinə gələn dövlət başçısı olanlardan nəticə çıxarmalıdır.
Əli bunu çox gözəl bir şəkildə ifadə etmişdir: “Xalqın qəlbi dövlət